Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü Gürcüstanda yüksək qiymətləndirilmişdir

 

Gürcüstanın ekologiya və təbii sərvətlərin mühafizəsi naziri Xatuna Qoqaladze azərbaycanlı həmkarına məktub göndərərək IDEA (Ətraf mühitin mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya ceyranların Qafqazda tarixən  məskunlaşdıqları ərazilərə reintroduksiyası ilə bağlı gördüyü işlərə görə təşəkkür etmişdir.

Gürcüstanın Ekologiya və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyi bu yaxınlarda 10 başdan ibarət ilk ceyran sürüsünün Azərbaycandan Gürcüstana reintroduksiya edilməsini yüksək qiymətləndirmiş və əməkdaşlığa görə minnətdarlığını çatdırmışdır.

Xatırladaq ki, Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası layihəsi” çərçivəsində ceyranların mühafizəsi, davamlı inkişafının təmin edilməsi üçün ceyran populyasiyasının vaxtilə mövcud olduğu, lakin insan fəaliyyətinin təsiri ilə nəslinin kəsildiyi tarixi areallarda reintroduksiya metodu ilə bərpası həyata keçirilir. 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında