Naxçıvanda Atıcılıq Mərkəzi fəaliyyətə başlamışdır

 

 

Naxçıvan Muxtar Respublikasının Atıcılıq Federasiyasının Atıcılıq Mərkəzi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri Asəf Məmmədov açılış tədbirində çıxış edərək demişdir ki, muxtar respublikada uşaq və gənclərin idmanla məşğul olmasına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etməsinə hərtərəfli şərait yaradılmışdır. Bu sahədə görülən işlərin məntiqi davamı kimi yaradılan Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası da idmanın bu növünün inkişafında mühüm əhəmiyyətə malikdir. Atıcılıq Federasiyasının Naxçıvan şəhərində, Şərur, Culfa və Kəngərli rayonlarında müxtəlif atıcılıq idman klubları yaradılmışdır. Bu gün istifadəyə verilən atıcılıq mərkəzi gənclərin atıcılıq idman növlərinə marağının artırılmasında mühüm rol oynayacaqdır. Asəf Məmmədov yaradılan şəraitə görə idmançılar adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: “2013-cü il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Atıcılıq Federasiyasının yaradılması qərara alınmışdı. Bundan sonra Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası təsis olunaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qısa müddət ərzində federasiya formalaşmış və fəaliyyəti təmin edilmişdir. Bu gün isə Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının yeni atıcılıq mərkəzi istifadəyə verilir”.

Ali Məclisin sədri atıcılıq mərkəzinin fəaliyyətə başlaması münasibətilə bir daha kollektivi təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, atıcılıq mərkəzində inzibati bina, iki stend və sportinq meydançası, oxçuluq və TİR sahələri, peyntbol meydançası, hərbi-idman oyunlarının keçirilməsi üçün ərazi vardır. İnzibati binada qeydiyyat, silah və digər otaqlar yerləşir.

Binanın foyesində quraşdırılan elektron lövhədə Atıcılıq Mərkəzinin təqdimat filmi izlənilmiş və Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının internet saytı haqqında məlumat verilmişdir.

Ali Məclisin sədri Vasif Talıbov mərkəzdə istifadə olunacaq silah və avadanlıqlara baxmış, idmançıların nümunəvi çıxışlarını izləmişdir.

Mərkəzdə hərbi-idman oyunlarının keçirilməsi üçün də şərait yaradılmış, açıq idman qurğuları və müvafiq maneələr düzəldilmişdir. Bu da məktəbli şagirdlərin ordu sıralarına xidmətə hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Ərazidə müasir işıqlandırma və suvarma sistemləri qurulmuş, geniş yaşıllaşdırma və abadlıq işləri görülmüş, kafe fəaliyyətə başlamışdır.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında