Ulu öndərin əziz xatirəsi Türkiyənin Qars şəhərində anılmışdır

 

 

 

Azərbaycanın Qarsdakı baş konsulluğunun xalqımızın ümummilli liderinin vəfatının onuncu ildönümü ilə bağlı keçirdiyi mərasimdə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir. 

Baş konsul Ayxan Süleymanov ulu öndərin zəngin həyat və fəaliyyəti barədə danışmışdır. Bildirilmişdir ki, müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın xilaskarı Heydər Əliyevin qardaş Türkiyə ilə əlaqələrin möhkəmlənməsində, türk dünyasında inteqrasiya prosesinin gücləndirilməsində də misilsiz xidmətləri vardır. O, Türkiyəni də öz Vətəni kimi sevirdi. Məhz bu hisslər ulu öndəri qardaş ölkəyə də rifah gətirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi layihələrin həyata keçirilməsində Türkiyəyə üstünlük verməsinə səbəb oldu. Heydər Əliyevin bu siyasətini Prezident İlham Əliyev də Bakı-Tbilisi-Qars, TANAP kimi layihələrlə davam etdirir.

Qars bələdiyyəsi sədrinin müavini Orhan Özyılmaz, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova da ulu öndərin Azərbaycan xalqı qarşısında, Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsi istiqamətində xidmətlərindən bəhs etmişlər.

Mərasimdə Qarsdakı Qafqaz Universitetinin tələbələri arasında keçirilmiş “Heydər Əliyev və Türkiyə” inşa müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilmişdir.

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında