Dövlət Gömrük Komitəsinin əməkdaşları Heydər Əliyev Mərkəzində olmuşlar

 

 

 

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları Heydər Əliyev Mərkəzində olmuşlar.

DGK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, gömrük əməkdaşlarına Heydər Əliyev Mərkəzi barədə geniş məlumat verilmişdir. Bildirilmişdir ki, mərkəz müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin zəngin irsinin və dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. 

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanışlıq gömrük əməkdaşlarının ürəyincə olmuşdur. Onlar burada ulu öndər Heydər Əliyevin 1969-cu ildən 2003-cü ilədək Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxmışlar.

Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu maraqlı faktlar, foto və videomateriallar vasitəsilə təqdim olunur, məlumatlar interaktiv formada çatdırılır. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Ziyarətçilərə ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək keçdiyi ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılır. Muzeyin “Şəkillərə həkk olunan ömür”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz” bölmələrində ulu öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual təqdim edilir. Hər bir mövzuya dair məlumatlar həm Azərbaycan, həm də ingilis dilində səsləndirilir.

Ümummilli liderin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalı da gömrük işçilərinin marağına səbəb olmuşdur. Buradakı qlobusda ölkələrin xəritəsinə toxunarkən arxa fonda ulu öndər Heydər Əliyevin dövlət başçıları ilə görüşlərinin və ona təqdim olunan hədiyyələrin fotoları əks olunur. Bundan əlavə, zalda ulu öndərin hərbi və mülki geyimləri, o cümlədən iş masası sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır.

Dövlət Gömrük Komitəsinin əməkdaşları Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılmışlar.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında