Yekaterinburqda ümummilli lider Heydər Əliyevin xatirəsi anılmışdır

 

 

Dekabrın 10-da Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun təşəbbüsü ilə bu şəhərin merinin kitabxanasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir.

Əvvəlcə iştirakçılar ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Azərbaycanın Yekaterinburqdakı baş konsulu Soltan Qasımov tədbiri açaraq ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı danışmış, dahi siyasətçinin Azərbaycan dövlətinə rəhbərliyi, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrlərdə misilsiz xidmətlərindən söhbət açmışdır.

Sverdlovsk Vilayəti Qubernatoru Administrasiyasının rəhbəri, professor Vadim Dubiçev, Belarusun və Ukraynanın Yekaterinburqdakı baş konsulları Viktor Polyanin və Vladimir Bondarenko, Sverdlovsk vilayəti üzrə ombudsman Tatyana Merzlyakova və başqaları dahi lider Heydər Əliyevin xatirəsini dərin hörmətlə anmış, onun təkcə Azərbaycan xalqının deyil, keçmiş sovet məkanının bütün xalqlarının yaddaşında əbədi yaşayacağını vurğulamışlar. Bildirilmişdir ki, Heydər Əliyev dünya tarixində xalqına sonsuz məhəbbət bəsləyən, prinsipial, ədalətli, parlaq insani keyfiyyətlərə malik dövlət xadimi kimi qalacaqdır. Natiqlər Azərbaycan xalqının ümummilli liderinin cəmiyyətdə baş verən mənfi hallara qarşı daim barışmaz mövqeyini, habelə Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində xidmətlərini xüsusi vurğulamışlar.

 

Fəridə ABDULLAYEVA

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında