Üç “Şöhrət” ordenli qəhrəman yad edildi

 

Böyük Vətən müharibəsi iştirakçısı, Brestdən Berlinədək döyüş yolu keçmiş, “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş lerikli qəhrəman Əli Nəcəf oğlu Hüseynovun anadan olmasının 95 illiyi münasibətilə rayon mədəniyyət evində tədbir keçirilib.

Tədbir Ə.Hüseynovun da çəkildiyi “Əsgər getdi” filminin nümayişi ilə başlandı. Rayonun gənc bədii qiraətçiləri şeirlər söylədilər. Sonra Böyük Vətən müharibəsi iştirakçısı Daşdəmir Paşayev Əli Hüseynovla  bağlı xatirələrini danışdı.

Rayon veteranlar şurasının sədri Hidayət Bəşirov Əli Hüseynovun 95 illiyinin qədirbilənliklə keçirildiyini və əməkdar jurnalist Həmzə Vəliməmmədovun  qəhrəmanın döyüş yolundan bəhs edən “Əsgər şöhrəti” kitabının nəşr olunmasını razılıqla qeyd etdi. Ağsaqqallar şurasının sədri H.Vəliməmmədov ötən il yenidən tikilib istifadəyə verilmiş Daster kənd ümumi orta məktəbinin Əli Hüseynovun adını daşıdığını, yubiley ərəfəsində Milli Məclisin deputatı İqbal Məmmədovun köməkliyi ilə Əli Hüseynovun qəbirüstü abidəsinin ucaldıldığını bildirdi.

İcra hakimiyyətinin başçısı Rövşən Bağırov tədbirdə çıxış edərək dedi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev müharibə veteranlarına həmişə diqqət və qayğı göstərir. Onlara və arxa cəbhədə fədakarlıq göstərmiş şəxslərə dövlət tərəfindən yardım edilir, təqaüdləri artırılır, mənzil-məişət şəraiti yaxşılaşdırılır. Böyük Vətən müharibəsində cəbhəyə yollanan lerikli vətən oğulları da faşizmə qarşı mübarizədə fərqlənmişlər. Onların övladları, nəvələri isə Qarabağda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə mərdlik göstərmişlər. Deməli, şanlı ənənələr davam edir. Digər qəhrəmanlarımız kimi, üç “Şöhrət” ordenli Əli Hüseynovun da xatirəsi unudulmur, igidliyi nəsillərə nümunə göstərilir. 

Sonda Əli Hüseynovun oğlu Rəfael Hüseynov atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirdi.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında