Stomatoloji klinikada cərrahiyyə əməliyyatı zamanı ölüm faktı ilə əlaqədar cinayət işi başlanmışdır

 

 

Dekabrın 5-də saat 12.00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən “VİP DENTAL” özəl stomatoloji klinikada Məmmədov Elçin Seyfulla oğlunun üzərində keçirilən cərrahiyyə əməliyyatı zamanı ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında məhkəmə-tibbi ekspertin iştirakı ilə zəruri kriminalistik vasitələrdən istifadə edilməklə hadisə yerinə baxış keçirilmiş, Elçin Məmmədovun meyiti xarici müayinə olunmuşdur.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Aparılan ilkin araşdırmalarla müəyyən edilmişdir ki, klinikada həkim-stomatoloq kimi fəaliyyət göstərən Hüseynov Baxış Hüseyn oğlu dekabrın 5-də ona müraciət etmiş E.Məmmədovun çənə nahiyəsində cərrahiyyə əməliyyatı apararkən sonuncunun səhhəti qəflətən pisləşmiş və həyatının xilas edilməsi üçün tibbi yardım göstərilməsinə baxmayaraq vəfat etmişdir.

E.Məmmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə iş üzrə zəruri ekspertizalar təyin olunmuşdur. Eyni zamanda, Baş Prokurorluq tərəfindən klinikanın tibbi fəaliyyətlə məşğul olmaq üçün verilmiş xüsusi razılığa (lisenziya) uyğun fəaliyyət göstərməsinin, həmçinin əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət edilmişdir.

Bakı Şəhər Prokurorluğundan AzərTAc-a bildirmişlər ki, hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında