Azərbaycanın Milli Zirehli Kəşfiyyat Döyüş Maşınının sınaqlarına başlanıb

 

 

 

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) alim və mühəndisləri tərəfindən yaradılmış Zirehli Kəşfiyyat Döyüş Maşınının (ZKDM) ilk eksperimental nümunəsinin sınaqlarına başlanıb.

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, keçirilən sınaqlarda məqsəd hərbi texnikanın döyüş imkanlarını yoxlamaqdır. Sınaqların nəticələrinə uyğun olaraq ZKDM daha da təkmilləşdiriləcək.

Bundan əvvəl keçirilmiş hərəkət testlərində maşın yüksək manevrlilik və performans nümayiş etdirib.

Qeyd edək ki, ilk dəfə cari ilin sentyabr ayında ictimaiyyətə nümayiş etdirilmiş milli ZKDM özünün xarici dizaynı, qoruma səviyyəsi, silahlanması və digər imkanları baxımından sovet istehsalı olan BRDM-2 maşınlarından əhəmiyyətli dərəcədə fərqlənir.

ZKDM alt hissədə mina partlayışlarına, yanlarda mərmi və əldəqayırma partlayıcılara və güllələrə qarşı yüksək qorumaya sahibdir. Maşının gövdəsi minaya qarşı qorumanı təmin etmək üçün V formasında dizayn olunub. Gövdənin ikiqat zirehi heyətin hətta B-32 tipli zirehdeşən güllələrdən mühafizəsini təmin edir. Sifarişçinin istəyinə uyğun olaraq maşın gövdə və yanlarda əlavə zirehlə daha da gücləndirilə bilər. Maşının digər özəlliyi isə partlayışlar zamanı aşmamasıdır.

Döyüş maşını yerli mütəxəssislər tərəfindən yaradılmış idarə olunan döyüş moduluna malikdir. Bu qüllənin silahlanmasına iki lüləli 23 mm çaplı QŞ-23 topu, 7.62 mm çaplı PKT pulemyotu, 30 mm çaplı AQS-17 qumbaraatanı, S-8 (S-5) tipli 4 raketlik buraxma qurğusu, D-81 tipli bulud qurğusu, ZN-TQRP-3, TGN1-49-3 və TKN-3B nişangahları daxildir. Maşının idarəetmə sistemi avtomatlaşdırılmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında