Əbdül Əziz Al Salam: Azərbaycanın bədxahları müdrik siyasətə və müdrik idarəetməyə uduzmuşlar

 

“Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan və

Orta Asiya ölkələri ilə iqtisadi əməkdaşlığı” mövzusunda hazırlanmış beynəlxalq forumda iştirak etmək üçün  getdiyimiz Ər-Riyad şəhərində bu ölkənin bir çox rəsmiləri ilə görüşdük. Hamıda Azərbaycan xalqına hörmət və ehtiram, Azərbaycan dövləti ilə əməkdaşlığa  isə xüsusi inam, etimad hissi görürdük. Krallığın mədəniyyət və informasiya nazirinin müavini Əbdül Əziz Al Salamın ölkəmiz haqqında dedikləri isə  Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə olduğu kimi qəbul edildiyinin təsdiqi idi:  

- Mənim  Azərbaycan haqqında geniş məlumatım vardır. Bu respublika böyük və eyni zamanda  allahsızlığı üzündən çökməsi  gözlənilən bir imperiyanın  tarixi proseslər fonunda dağılmasından sonra  yaranmış dövlətlərin ən qüdrətlilərindən biridir. Bu dövlətin  iqtisadi və siyasi cəhətdən qüdrətli olmasının bir çox səbəbləri vardır. Birinci səbəb ölkənin təbii sərvətlərlə kifayət qədər zəngin olması, ikinci səbəb ölkənin müdrikcəsinə idarə olunması, üçüncü səbəb isə bu ölkə xalqının mənəvi zənginliyidir. Qəbul edilmiş siyasi kursun xalqa xidmət etməsi, təbii sərvətlərdən xalq və dövlət naminə istifadə olunması və xalqın həqiqətsevərliyi bu şərq ölkəsini gündən-günə zənginləşdirir. İndi Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etmək kimi ali səviyyəli bir dövlətdir. Yəni Heydər Əliyev siyasi kursu bir müsəlman ölkəsinin idarə olunmasının nümunəsini yaradıb.

Ancaq bu Qafqaz ölkəsi barədə danışarkən  bütün ədalətli insanları narahat edən bir məsələ barədə mütləq söz açılmalıdır. Bu isə SSRİ-nin son illərində Azərbaycanın məcburən münaqişəyə cəlb olunması və ərazilərinin bir hissəsinin işğal edilməsidir. Həmin münaqişə Azərbaycanı zəiflətmək məqsədi daşıyırdı. Ancaq istədikləri nəticəyə nail ola bilmədilər.  Səudiyyə Ərəbistanı Krallığı  Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə  bağlı  mövqelərini həm BMT , həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində daim dəstəkləmişdir və dəstəkləyəcəkdir. Bundan başqa bizim ölkə bilavasitə Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığına görə Ermənistanla heç bir əməkdaşlıq etmir. Münaqişənin özünə gəlincə isə, demək lazımdır ki, Ermənistan Azərbaycanın güclü dövlət olmasını istəməyən bəzi qonşu ölkələrin fitvası və dəstəyi ilə bu ölkəni münaqişəyə cəlb etmişdir. Ancaq bu münaqişənin təməlində kimin istəyinin dayanmasından asılı olmayaraq Azərbaycanın bədxahları  bu ölkədə yeridilən müdrik siyasətə və mövcud müdrik idarəetməyə uduzmuşlar. Prezident İlham Əliyev Azərbaycanın bütün problemlərini həll etmək iqtidarındadır.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

Ər-Riyad

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında