Lənkəran rabitəçilərinin uğurları

 

 

 

Sona yetməkdə olan ilin Azərbaycan Prezidentinin sərəncamı ilə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ölkə rabitəçilərinin məsuliyyətini daha da artırıb. İllə bağlı ölkə miqyaslı tədbirlərlə yanaşı, yerlərdə də mühüm işlər reallaşdırılıb. Lənkəran Telekommunikasiya Qovşağında da bu yöndə mühüm layihələr həyata keçirilib. Qovşağın rəisi Camal Əkbərov müxbirimizlə söhbətində bu barədə məlumat verib.

 İndi heç bir sahəni rabitə və informasiya texnologiyalarının nüfuz dairəsindən kənarda təsəvvür etmək mümkün deyil. Qürur hissilə bildirim ki, rabitənin inkişafı üzrə layihələr Lənkəranda da uğurla həyata keçirilir. Birbaşa vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq, şəhərin abadlıq və quruculuq işlərində də iştirak edirik. Bütün rabitə qurğuları texniki normaya uyğun yenidən qurulub, dizayn edilib. TKQ-nin inzibati binasının fasadı müasir memarlıq üslubunda daha da gözəlləşdirilib. Rabitəni beynəlxalq standartlara çatdırmaq üçün işlər davam etdirilir.

Şəhərdə dayanıqlı rabitənin təmin edilməsi, genişzolaqlı internet xidmətinin tətbiqi, regional inkişaf üzrə Dövlət Proqramına uyğun olaraq şəbəkənin rekonstruksiya olunaraq elektronlaşdırılması həyata keçirilib.

Qovşaq üzrə 9 aylıq tarif gəliri proqramı104,5 faiz icra edilib. Bu, əvvəlki ilin göstəricisindən 143 min manat və ya 8,8 faiz çoxdur.  Ailələrin beşdə-dördündən çoxu telefon xidmətindən istifadə edir.

Lənkəran TKQ idarə və təşkilatlara onlarca müxtəlif sürətli kanal, bankomat və  post-terminal xətləri ilə xidmət göstərir.Ötən il qadınlar arasında futbol üzrə dünya  çempionatının keçirilməsi ilə əlaqədar  mərkəzi  stadionda FİFA-nın qərargahı telefon, sürətli internet, faks və digər rabitə vasitələri ilə təmin olunub. Nazirliyimizin maliyyə xidmətlərinin inkişafı layihəsinə əsasən Azərpoçt MMC-nin Lənkəran filialının poçt şöbələrində Azdatakom avadanlığına qoşulması təmin edilib. Avirtel , Data plyus və Azedunet internet provayderləri rayonda   internet xidmətinin genişlənməsinə cəlb ediliblər.

Bu ilin əvvəlindən  şəhər EATS-dən qəsəbə və kənd EATS-ləri  istiqamətində yol  kənarı hava rabitə xəttlərinin texniki normaya uyğunlaşdırılması üzrə tədbirlər planına uyğun təmir işləri aparılır. Artıq Osaküçə EATS-də FO kabelinin çəkilişi tam başa çatdırılıb, fiber kabelin sonlama qutuları quraşdırılıb.İKT-nin inkişafı üzrə qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün ərazilərdə DSLAM     avadanlıqlarının tutumu 5032-yə çatdırılıb. Rayon ərazisində genişzolaqlı internet xidmətindən istifadə edən abonentlərin sayı 7960 nəfərə çatıb. Bunun 4427 nəfəri Aztelekom NET-in,3533 nəfəri isə özəl provayderlərin payına düşür. Genişzolaqlı internetin inkişafı layihəsinin 2013-2015-ci illərə dair proqramının ilk mərhələsini həyata keçirmək  məqsədilə TKQ-nin xidmət ərazisindəki daha 26   kənddə yeni nəsil NGN elektron stansiyanın quraşdırılması məqsədilə multiservis  qovşağının ONU  optik  kabellə qoşulması nəzərdə tutulmuşdur. Ümumilikdə Lənkəran TKQ üzrə genişzolaqlı internet xidmətinin inkişafı layihəsinin (2013-2015-ci illər) 1-ci mərhələsində nömrə tutumu 9549, ADSL üzrə tutum 19428 ədəd artacaq.

Rabitə sektorunun tərəqqisi naminə bundan sonra da səylərimizi əsirgəməyəcək, ilin tam uğurla başa çatmasına nail olacağıq.  

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında