Ucar rayonunda yeni içməli su təchizatı şəbəkəsi yaradılır

 

 

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində kompleks tədbirləri  davam etdirir.

 Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin böyük hissəsi yekunlaşmışdır. Xatırladaq ki, layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 57 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə Ucar şəhəri ilə yanaşı, rayonun 15 kəndini də əhatə edir.   İcrasına 2011-ci ilin  oktyabrında başlanmış “Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi”nə əsasən Ucar  şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün Külüllü  su mənbəyi seçilmişdir. Burada  hər birinin tutumu 3750 kubmetr olan iki ədəd su anbarı tikilmişdir. Həmin anbardan şəhər mərkəzinədək 500-560 millimetr diametrli polietilen borularla 57 kilometr uzunluğunda  magistral su xəttinin çəkilişi artıq yekunlaşdırılmış və şəhərə suyun verilməsinə başlanılmışdır.  Özüaxımlı rejimdə olan magistral xətdən marşrut boyunca yerləşən 15 kəndin hər birinə çıxışlar verilmişdir. Ucar şəhərini dayanıqlı rejimdə içməli su ilə təmin etmək üçün şəhər mərkəzində hər birinin tutumu 1500 kubmetr olan iki ədəd su anbarı tikilir.

 Külüllü-Ucar magistral xətti ilə Ucar şəhərinə su verildikdən sonra şəhərdə fasiləsiz su təchizatı rejiminə keçilmiş, uzun müddət su almayan küçə və məhəllələrin içməli su problemi öz həllini tapmışdır. Layihəyə uyğun olaraq Ucar şəhərində 107 kilometr şəhərdaxili su şəbəkəsinin 93 kilometrlik hissəsində işlər başa çatdırılmış, 3 minə yaxın evə birləşmə verilmişdir. Bundan əlavə, içməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə 5170 abunəçinin 1700-ü  “smart-kart” tipli su sayğacları ilə təmin edilmişdir. Hazırda Ucar Sukanal İdarəsi üçün yeni inzibati binanın tikintisi də yekunlaşmaq üzrədir.  Layihəyə əsasən, Ucar şəhərində yaranacaq çirkab suların axıdılması üçün ümumi uzunluğu 88 kilometrə yaxın kanalizasiya şəbəkəsi qurulacaq. Artıq kanalizasiya şəbəkəsinin 20 kilometrlik hissəsində tikinti işləri başa çatdırılmışdır.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında