Bakı və Rio-de-Janeyro qardaşlaşmışlar

 

 

Bakı şəhəri ilə Rio-de-Janeyro şəhərinin qardaşlaşması haqqında qanun qüvvəyə minib. Bu barədə “Trend”ə Azərbaycanın Braziliyadakı səfirliyindən məlumat verilib.

Qanunda qeyd olunur ki, Azərbaycanın paytaxtı olan Bakı şəhərinin Rio-de-Janeyro şəhəri ilə oxşar xüsusiyyətləri mövcuddur. Bakı şəhərində mütəmadi olaraq mədəni tədbirlərin təşkili, buradakı dinamik həyat tərzi, zəngin tarix, əzəmətli arxitektura və idmana rəğbət müşahidə olunur. Həmçinin Rio-de-Janeyro kimi, Bakının da dünya mədəni irsinin mərkəzlərindən biri kimi tanındığı və hər il minlərlə turist qəbul etdiyi vurğulanır.

Bakı şəhəri mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Bu da öz növbəsində iki şəhər arasında dialoqun və təcrübə mübadiləsinin inkişafına təkan olacaqdır.

Yaxın zamanda Rio-de-Janeyro Şəhər Şurası qardaşlaşma şəhər diplomunu Azərbaycan tərəfinə təqdim edəcəkdir.

Qeyd edək ki, bu il noyabrın 6-da Rio-de-Janeyro Şəhər Şurasının (şəhər parlamenti) Xarici əlaqələr komitəsi Bakı və Rio de Janeyro şəhərlərinin qardaşlaşması haqqında qanun layihəsini qəbul edib.

Dekabrın 3-də isə Rio-de-Janeyro şəhərinin meri Eduardo Paes “Azərbaycanın paytaxtı Bakı şəhəri ilə Rio-de-Janeyro şəhərinin qardaşlaşması haqqında” qanunu imzalayıb və adıçəkilən qanun dekabr 4-dən qüvvəyə minib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında