Türkiyədə keçirilən rəy sorğusuna əsasən, insanlar Azərbaycanı ən yaxın ölkə hesab edirlər

 

Türkiyənin Kayseri şəhərindəki Kadir Has Universiteti xalqın xarici siyasət mövzularına münasibətini öyrənmək üçün rəy sorğusu keçirib. APA-nın “Cihan” agentliyinə istinadən verdiyi məlumata görə, 26 vilayətdə min nəfər arasında keçirilən sorğuda respondentlər Türkiyəyə ən yaxın ölkə kimi Azərbaycanı gördüklərini bildiriblər. Sorğuya əsasən, ölkədə türk dünyası ilə yaxınlaşmanın tərəfdarları artıb.

Sorğu iştirakçılarının əksəriyyəti – 65 faizi hesab edir ki, Türkiyənin hazırda ən ciddi xarici siyasət problemi Suriya məsələsidir. Hökumətin Suriya ilə bağlı siyasətini uğurlu sayanlar 24 faizdir. Respondentlərin 41,7 faizi Türkiyənin Suriyadakı problemə müdaxilə etməsini istəmir, Suriyadakı silahlı müxalif qrupların dəstəklənməsini istəyənlərin miqdarı 5,2 faizdir.

2012-ci ildə hökumətin xarici siyasətinin uğurlu olduğunu düşünənlərin faizi 34,7 idisə, hazırda bu dəstək 25 faizdir. İştirakçıların 38,6 faizi hesab edir ki, Türkiyənin dostu yoxdur, 28 faizi isə dünyada Türkiyəyə ən yaxın ölkə kimi Azərbaycanı görür. Respondentlərin 24 faizi düşünür ki, Türkiyə öz xarici siyasətini Azərbaycan və türk cümhuriyyətləri ilə birlikdə aparmalıdır, sorğuya qatılanların 21 faizi xarici siyasətin təkbaşına aparılmasına, 14,2 faizi ABŞ-la birgə, 12,5 faizi islam ölkələri ilə, 10,3 faizi isə Avropa Birliyi ilə birlikdə aparılmasına tərəfdardır.

Türkiyənin Avropa Birliyinə üzvlüyünə dəstək 47,5 faizdir, lakin böyük əksəriyyət (77 faiz) hesab edir ki, Brüssel Türkiyəyə münasibətdə səmimi deyil. Sorğuya qatılanların 46 faizi əmindir ki, Türkiyə heç vaxt AB-yə qəbul edilməyəcək. AB-yə alternativ olaraq Türk Birliyi yaradılmasını istəyənlərin miqdarı 26 faiz, NATO və ABŞ-la müttəfiqliyin möhkəmləndirilməsini istəyənlər 12,8 faiz, İslam Əməkdaşlıq Təşkilatının rolunun artırılmasını istəyənlər 12,6 faiz, Rusiya ilə strateji tərəfdaşlıq istəyənlər 12,3 faiz, Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmasını istəyənlər isə 9 faizdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında