Balakəndə bütün kəndlər qazlaşdırılmışdır

 

 

 

Son illər ölkə Prezidenti İlham Əliyevin fərman  və sərəncamlarına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi respublikamızın ən ucqar və dilbər guşələrindən olan Balakəndə də əhalinin sosial problemləri ardıcıllıqla həll olunmaqdadır.

İndiyə kimi balakənlilərin yaşadığı ən vacib problemlərdən biri məhz təbii qaz problemi idi. Dekabrın 3-də bu problemə də son qoyuldu. Rayon mərkəzindən 15-20 kilometr uzaqlıqda yerləşən Meşəşambul kəndində qısa müddət ərzində bu problemə də son qoyuldu. 3626 nəfər əhalisi olan kənd sakinlərinin sevincinin həddi-hüdudu yox idi.

Rayon rəhbəri İslam Rzayev hələ ilin əvvəlindən söz vermişdi ki, ilin sonunadək rayonda qazlaşma tam başa çatdırılacaq. Budur, rayon rəhbəri sözünə əməl etdi, Meşəşambul kəndində 895 nəfər abonentə qaz xətti çəkilməklə rayonda abonent sayı təxminən 19482 nəfərə çatdı. 2010-cu ildən “Azəriqaz” İstehsalat Birliyinin sifarişi ilə başlanan qaz çəkilişi nəhayət ki, yekunlaşdı.

Açılışa toplaşan yüzlərlə sakin rayon rəhbəri İslam Rzayevin və kənd sakini Hacı Osmanovun rəmzi qaz məşəlini yandırdıqlarının şahidi oldular. Əsaslı tikinti şöbəsinin rəis müavini Natiq Əsgərov çıxış edərək sakinləri təbrik etdi və uğurlar dilədi. O, qeyd etdi ki, müəyyən səbəbdən qazlaşdırılmayan bir neçə ev qalıbsa, o məsələ də ilin sonuna qədər həll olunacaqdır.

Sonra rayon rəhbəri və onu müşayiət edənlər kənd sakini Qurban Nəbiyevin evində mavi yanacağın necə bəxş etdiyini seyr etdilər.

Son illər Balakəndə gedən tikinti-abablıq, quruculuq işlərinin, müxtəlif açılışların şahidi olan balakənlilər əmindirlər ki, bundan sonra onların heç bir su, işıq, yol və qaz problemləri olmayacaq. Onlar ölkə Prezidentinə, onun yerlərdəki nümayəndəsinə dərindən inanırlar, ümid edirlər ki, gündən-günə gözəlləşən, abadlaşan Balakən bundan sonra da ancaq irəliləyiş, inkişaf yolu tutacaq, nəinki bölgədə, eləcə də ölkədə ən nümunəvi rayonlardan biri olacaqdır. “Azəriqaz” İstehsalat Birliyi rəsmisinin qeyd etdiyi kimi Balakən ölkədə tam qazlaşdırılan yeganə rayondur.

İ.MUSAOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında