Sabirabadda 5 kəndi əhatə edən yeni yol istifadəyə verildi

 

 

Sabirabad sakinləri 2014-cü ili yüksək nailiyyətlərlə qarşılayır. Dövlət başçısının diqqət və qayğısı sayəsində burada böyük tikinti-quruculuq işləri aparılır. Elektrik və qaz təsərrüfatının, su və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində əsaslı işlər görülüb, bu gün də yeni layihələrin icrasına start verilib.

Bu işlərin davamı olaraq noyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 12 iyul 2013-cü tarixli sərəncamına uyğun olaraq 22 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən 46 kilometrlik Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışı olub. Bununla əlaqədar həmin yolun Moranlı və Əliləmbəyli  kəndlərindən keçən hissəsində düzənlənən tədbiri Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açdı və Moranlı, Sarxanbəyli, Balahəşimxanlı, Əliləmbəyli və Çöl Ağammədli   yaşayış məntəqələrini əhatə edən yüksək standartlara cavab verən asfalt yolun  həyati əhəmiyyətindən danışdı və ölkə Prezidentinə minnətdarlığını ifadə etdi.

Kənd ağsaqqalları Hacı Dilavər Əsədov, Ərəstun Ağayev, Niyaz Cəfərov, kənd ziyalılarından Fərəməz Çaxalov, Novruz İsmiyev və başqaları uzun illər həsrətində olduqları rahat yola görə camaata gözaydınlığı verdilər, Azərbaycan Prezidentinə razılıqlarını bildirdilər. Sarxanbəyli kənd ağsaqqalı Ərəstun Ağayevin səsləndirdiyi “Keçmiş Sovet İttifaqının ən imkanlı vaxtında belə mümkün olmayanı bizim Prezidentimiz həyata keçirdi” ifadəsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Sonda yeni asfalt yolun rəmzi açılışını bildirən lent kəsildi. Avtomobillərin hərəkəti başlandı.

Mərasimdə ölkə Prezidentinə müraciət qəbul olundu.

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında