Londonda Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 28-ci sessiyası başa çatmışdır

 

 

Dünyanın 170  ölkəsindən nümayəndə heyətinin iştirak etdiyi bu sessiyada Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi  Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının nüfuzlu orqanı olan, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü     olduğu Beynəlxalq Dəniz Təşkilatının (İMO) 25 noyabr - 04 dekabr 2013-cü il tarixlərində London şəhərində keçirilmiş Assambleyasının 28-ci sessiyasında iştirak etmişdir. 

Sessiyada çıxış edən Beynəlxalq Dəniz Təşkilatının baş katibi cənab Koji Sekimizu üzv dövlətlərin diqqətini beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsinə yönəltmişdir. Nümayəndə heyətləri dəniz quldurları tərəfindən əsirlikdə saxlanılan dənizçilərin vəziyyətinə, onların və gəmilərin azad olunması üçün həyata keçirilən tədbirlərə dair müzakirələr aparmışlar.

Sessiyada, görülən işlərin məntiqi nəticəsi olaraq, son dövrlərdə əvvəlki illərlə müqayisədə dəniz quldurluğu hallarının azalmasının müşayiət olunması yüksək qiymətləndirilmişdir.

Bir neçə il öncə Türkiyə Respublikasının Azərbaycan Respublikasında səfiri olmuş, hazırda isə Türkiyə Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri olan Ahmet Ünal Çeviköz iki il (2014-2015-cü illər) müddətinə Beynəlxalq Dəniz Təşkilatının ali idarəetmə orqanının -Assambleyanın sədri vəzifəsinə seçilmişdir.

Cənab Ünal Çeviközlə Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov arasında görüş keçirilmiş, Qüdrət Qurbanov cənab Ünal Çeviközü mötəbər vəzifəyə seçilməsi münasibəti ilə təbrik etmiş, gələcək fəaliyyətində müvəffəqiyyətlər diləmiş və qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu ifadə etmişdir.

Sessiyada Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi, Qanunvericilik, Dəniz Ətraf  Mühitinin Mühafizəsi, Asanlaşdırma və Texniki Əməkdaşlıq Komitələrinin hesabatları dinlənilmiş, “Yük nişanı haqqında Beynəlxalq Konvensiya”, “Gəmilərin ölçülməsinə dair Beynəlxalq Konvensiya”, “Dənizdə Gəmilərin Toqquşmasının qarşısının alınmasına dair Beynəlxalq Qaydalar”a təklif edilmiş dəyişikliklər nəzərdən keçirilmişdir.

Sessiya zamanı Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərin könüllü audit yoxlamasından keçməsi və  dəniz nəqliyyatı sahəsinə dair bir sıra normativ sənədlər barədə də ətraflı müzakirələr aparılmışdır.

Assambleyasının 28-ci sessiyasında Beynəlxalq Dəniz Təşkilatının Ali İcra orqanı olan Şura Üzvlüyünə seçkilər keçirilmiş, ümumilikdə 40 dəniz Dövləti Şuranın yeni üzvlüyünə seçilmişdir. 

Beynəlxalq Dəniz Təşkilatı  Assambleyasının 28-ci sessiyası dəniz təhlükəsizliyi üzrə bir sıra mühüm qərarlar qəbul etmişdir.

 

Azərbaycan Respublikasının

Dövlət Dəniz Administrasiyasının mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında