Monteneqroda Hüseyn Cavidin xatirəsi anılmışdır

 Dekabrın 5-də dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin vəfatının ildönümü ilə əlaqədar Monteneqronun Podqoritsa şəhərində anma mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, bu qurumun, Azərbaycan-Monteneqro İqtisadi-Mədəni Mərkəzinin, şəhər meriyasının və Azərbaycan diasporunun nümayəndələri Podqoritsa şəhərindəki “Kral parkı”nda Hüseyn Cavidin şərəfinə ucaldılmış büstün önünə tər çiçəklər qoyaraq, xatirəsini hörmətlə yad etmişlər. 

Vaxtilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin birbaşa səyləri nəticəsində cənazəsi qürbətdən – uzaq Sibirdən Vətənə gətirilərək doğulduğu torpaqda dəfn edilən Hüseyn Cavidin xatirəsinin Monteneqroda əbədiləşdirilməsi və büstünün ucaldılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən gerçəkləşdirilmişdir. Bu il sentyabrın 11-də Monteneqronun Baş naziri Milo Cukanoviç və Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin iştirakı ilə büstün təntənəli açılış mərasimi keçirilmişdir. 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında