Daniel Boyko: "Bakıya ayağımı qoyduğum andan ölkənizə heyran oldum"

İyulun 25-dən avqustun 5-dək Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş Qəbələ İkinci Beynəlxalq musiqi festivalı dünyanın müxtəlif ölkələrinin məşhur klassik musiqi ifaçılarını bir araya gətirən möhtəşəm tədbir kimi yaddaşlara əbədi həkk olunacaqdır.
Festivalın davam etdiyi 10 gündə bu fikri möhtəşəm musiqi bayramının hər bir iştirakçısının dilindən dönə-dönə minnətdarlıq hissi ilə eşitmək olardı.
Amerika Birləşmiş Ştatlarından gəlmiş və festivalın bir çox konsertlərini uğurla idarə etmiş məşhur dirijor Daniel Boyko bu əzəmətli musiqi bayramından, bütövlükdə Azərbaycana səfərindən aldığı təəssüratları AzərTAc-a belə ifadə etmişdir: "Mən indiyədək bir sıra beynəlxalq festivalların iştirakçısı olmuşam. Fikrimcə, Qəbələ festivalı əvvəllər iştirakçısı olduğum musiqi tədbirlərindən tamamilə fərqlənir. Bu festivalın özəlliklərindən biri onun keçirildiyi məkanla bağlıdır. Bakıya ayağımı qoyduğum andan ölkənizə heyran oldum. Çox qonaqpərvər və yaxşı musiqi zövqünə malik olan insanlarınız var. Mən bu möhtəşəm musiqi bayramından aldığım zövqü ömrüm boyu unutmayacağam".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında