Həmkarlar İttifaqı ilə işəgötürənlərin əməkdaşlığı ümumi işin xeyrinədir

 

 

 

Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin II plenumunda müzakirəyə çıxarılan əsas məsələ “AHİK - in IV qurultayında və sahə Hİ Respublika Komitəsinin VI konfrasında qəbul edilmiş həmkarlar ittifaqının fəaliyyətinin əsas istiqamətlərinin yerinə yetirilməsi” vəziyyəti ilə bağlı idi.

Komitənin sədri Tofiq Quliyev gündəlikdəki məsələ ilə bağlı  geniş məruzəsində bildirdi ki, AHİK-in IV qurultayından və sahə Hİ Respublika Komitəsinin VI konfransından sonra ölkədə baş verən nəhəng siyasi-ictimai, sosial-iqtisadi və mədəni islahatların həyata keçirilməsində həmkarlar ittifaqı olaraq üzərimizə düşən vəzifələrin yerinə yetilməsində mövcud imkanlardan maksimum istifadə etməyə çalışmışıq.

Qurultayın və konfransın 2013-2018-ci illər üçün təsdiq etdiyi “Əsas istiqamətlərin həyata keçirilməsi məqsədilə Rəyasət Heyətinin tədbirlər planı”na əsasən yerlərdə görüşlər təşkil olunmuş, şəhər, rayon komitələrində qərarların müzakirəsi aparılmışdır.  Qurumun təşkilati cəhətdən möhkəmləndirilməsi daim diqqət mərkəzində olmuşdur.

Natiq həmçinin bildirmişdir ki,  kiçik və orta sahibkarlıq müəssisələrinin siyahıları tərtib edilmiş, onlar haqqında məlumatlar toplanmış və danışıqlar aparılmışdır. İlboyu keçirilən müşavirələrdə şəhər, rayon komitə sədrləri təşkilatlanmanın müasir tələb və metodları ilə tanış olmuşlar. Həyata keçirilən təbliğat tədbirləri bir çox hallarda uğurla nəticələnmişdir. Təkcə bu ilin əvvəlindən “Qartal” Tikinti Firması, “Fərhad-92” LTD, “Medikal Plaza” təşkilatlarında həmkarlar ittifaqı yaradılmış və onlar üzvlüyə qəbul edilmişlər.

Məruzədə qeyd olundu ki, komitə işçilərin könüllülük prinsipinə əsaslanmaqla işəgötürənlərlə əməkdaşlığını genişləndirir. Bununla belə işçilərin iş yerlərini itirmələri, onların sahibkarlardan asılı olmaları həmkarlar ittifaqları qarşısında ciddi maneə yaradır. Komitə çalışır ki, işçilərin əmək münasibətləri, əməyin mühafizəsi, yeni iş yerlərinin açılması, istirahət və sağlamlığın qorunması kimi hüquqları kollektiv müqavilələrin bağlanmasında öz əksini tapsın. Bu gün üzv həmkarlar təşkilatlarında 1090-dan artıq kollektiv müqavilə bağlanmışdır. Kollektiv müqavilələrin şərtlərinin yerinə yetirilməsinə komissiyalar nəzarət edir. Təqdirəlayiq haldır ki, son vaxtlar götürülən öhdəliklərin reallaşdırılmasına artıq təkcə həmkarlar ittifaqı təşkilatları deyil, sahibkar da maraqlı tərəf kimi çıxış edirlər.

Məruzə ətrafındakı çıxışlarda ölkədə sahibkarlığın inkişaf etdiyi indiki vaxtda həmkarlar ittifaqlarının üzərinə daha böyük vəzifələrin düşdüyü xüsusi qeyd edildi və bildirildi ki, bu gün etimadı doğrultmayan ilk təşkilatlar fəallıqlarını artırmalı və həmkarların nüfuzunu yüksək tutmalıdırlar.

İlqar RÜSTƏMOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında