“Emerson” şirkəti yeni servis və təlim mərkəzləri açmışdır
Azərbaycanda “Emerson” şirkətinin Bakıda yeni ofisinin təntənəli açılış mərasimi baş tutdu. “Emerson Process Management” və “Emerson Network Power” bizneslərini üç dəfə artırmaqla, həm də bölgədə fəaliyyət göstərən müəssisələr üçün təlimlərin keçirilməsi və texniki xidmətin göstərilməsi sahəsində funksional imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdi.
İndi sahəsi 900 kvadratmetr olan yeni ofisdə şirkətin mütəxəssisləri funksiyalarına əlavə olaraq, operativ lokal dəstəyin göstərilməsini, yerlərdə ekspert məsləhətlərinin verilməsini, bölgədə fəaliyyət göstərən müəssisələrdə çalışan personalın hazırlaşdırılmasını və öyrədilməsini təmin edə bilərlər.
“Emerson Process Management” şirkətinin yeni ofisində təşkil edilmiş “Təlim mərkəzi” Azərbaycandakı şirkətlərin personalına texnoloji proseslərin təhlükəsiz idarə olunmasını öyrətməyə imkan verəcəkdir. Texniki seminarlar, treninqlər, hazırlıq proqramları həm ofisin bazasında, həm də müəssisələrdə keçiriləcəkdir.
“Emerson Process Management” şirkəti təlim keçməklə yanaşı, Azərbaycanda sifarişçilərə servis xidmətinin və dəstəyin göstərilməsi sahəsində də öz mövqelərini möhkəmlətməyə davam edir. Xüsusi olaraq bu məqsədlə avtomatlaşdırılmış idarəetmə sistemlərinə texniki qulluq göstərilməsi üçün servis mərkəzi yaradılıb. Gələcəkdə nəzarət-ölçü və tənzimləyici avadanlığa texniki xidmətin göstərilməsi üçün ofisin servis imkanlarını genişləndirmək planlaşdırılır.
“Emerson Process Management” şirkətinin Azərbaycanda fəaliyyəti istənilən miqyasda olan avtomatlaşdırma layihələrinin dəstəklənməsinə şərait yaradır. Xüsusən, bu şirkət “Azəri-Çıraq-Günəşli” yatağındakı “Qərbi Çıraq” yeni dəniz platformasının avtomatlaşdırılması üzrə layihəni həyata keçirmişdir. Şirkət bu layihədə avtomatlaşdırma üzrə baş podratçı kimi iştirak etmişdir. Layihənin həyata keçirilməsinin vaxtında baş tutması üçün şirkət dünyanın müxtəlif bölgələrindən əlavə işçilər cəlb etmiş və 12 ixtisaslı mütəxəssisi operativ olaraq bu platformaya göndərmişdir. Obyekt işə salınandan sonra idarəetmə sisteminin effektiv işləməsini yerli dəstək qrupu təmin edir. Bunun üçün Bakıdakı ofisdə servis üzrə daimi mütəxəssislər komandası işləyir.
“Emerson Process Management” şirkətinin Azərbaycandakı fəaliyyəti 1997-ci ildə “Emerson” şirkətinin nümayəndəliyi açıldığı gündən başlamışdır. 16 illik dövr ərzində şirkət bu bölgədə fəaliyyətini fəal və ardıcıl surətdə genişləndirməyə müvəffəq olmuşdur. Fəaliyyəti dövründə şirkətdə çalışan əməkdaşların sayı 4-dən 35 nəfərədək artmışdır.
Azərbaycan “Emerson” şirkətinin təklif etdiyi texnologiyalar və xidmətlər üçün mühüm bazardır. Bizim məqsədimiz bu bölgədəki iştirakımızı genişləndirmək və “Emerson” biznesini maksimal dərəcədə lokallaşdırmaqdır. Yeni ofisimizin açılışı servis və təlim sahəsində sifarişçilərimizin artan tələbatlarını təmin etməyə kömək edəcəkdir”, - “Emerson Process Management” şirkətinin Şərqi Avropa üzrə vitse-prezidenti Yohan Vanderplaetse belə deyir.
Yeni ofis nəinki təkcə “Emerson Process Management” şirkəti, həm də “Emerson” şirkətinin digər biznesləri üçün bir meydan olacaqdır. Sənaye müəssisələrinin avtomatlaşdırılması ilə məşğul olan biznesə əlavə olaraq, yeni ofisdə “Emerson Network Power” şirkətinin elektrotexniki avadanlıq və məlumatlar bazasının işlənməsi mərkəzləri ilə məşğul olan mütəxəssisləri də işləyəcək.
Yaxın illərdə “Emerson” şirkəti ölkədə servis və təlim sahəsində imkanlarını genişləndirəcəkdir. Şirkət klapanların təmiri üzrə servis mərkəzini, yataqların kəşfiyyatı və modelləşdirilməsi sistemlərinə texniki dəstək mərkəzini yaratmağı və əməkdaşların sayını iki dəfə artırmağı planlaşdırır.
“Emerson” şirkəti
Emerson (NYSE:EMR), Sent-Luis, ABŞ - texnologiyaları və mühəndis işləmələrini birləşdirən, energetika, proseslərin idarə olunması, sənayedə avtomatlaşdırma, iqlim texnologiyaları, alətlər sahəsində ixtisaslaşmış müxtəlif bizneslərin vasitəsi ilə sifarişçilərə yenilikçi həllər təklif edən dünya lideridir. 2013-cü maliyyə ilində “Emerson” şirkətinin satışları 24.7 milyard ABŞ dolları təşkil etmişdir. Əlavə məlumat üçün www.Emerson.com internet səhifəsinə baxa bilərsiniz.
Qlobal “Emerson” şirkətinin statistikası
1890-cı il - şirkətin təsis edildiyi il.
24,7 milyard ABŞ dolları - 2013-cü ildə “Emerson” şirkətinin satışları.
“Fortune” jurnalının versiyasına görə, 2011-ci ildə ABŞ-ın 500 ən iri korporasiyaları siyahısında 120-ci yeri tutur.
Şirkətin dividendləri bir-birinin ardınca 55 il artmaqdadır.
Dünya üzrə 235 istehsal müəssisəsi fəaliyyət göstərir.
Şirkətin 150 ölkədə nümayəndəliyi var.
50 faiz və daha artıq - 2007-ci ildən etibarən beynəlxalq bazarlarda satışların payı. 2011-ci ildə bu, 62 faiz təşkil etmişdir.
801 milyon ABŞ dolları - 2011-ci ildə “Emerson” şirkətinin mühəndis-konstruktor işlərinə qoyduğu sərmayələrin həcmi.
Dünya üzrə mühəndis-konstruktor işləri ilə 8760 işçi məşğuldur.
33 faiz - 2011-ci ildə “Emerson” şirkətinin satışlarında yeni məhsulların payı.
1.1 milyard ABŞ dolları - Şərqi Avropa və MDB ölkələrində satışlar.
10 - Şərqi Avropa və MDB məkanında fəaliyyət göstərən müəssisələrin ümumi sayı.
2011-ci ildə “Emerson” şirkətinin bütün dünya üzrə əməkdaşları tərəfindən 864 yeni patent alınmışdır.
Şərqi Avropa və MDB ölkələrində 8000 işçi çalışır.
“Emerson Process Management” şirkəti
“Emerson” şirkətinin beş biznesindən biri olan “Emerson Process Management” şirkəti energetika və sudan istifadə, kimya, neft, qaz, neft emalı, sellüloz-kağız, metallurgiya, yeyinti, əczaçılıq və digər sənaye sahələrindəki istehsal proseslərinin avtomatlaşdırılmasında sifarişçilərə kömək edir. Şirkət yenilikçi məhsullar və texnologiyalar işləyib hazırlayır və istehsal edir, layihələşdirmə üzrə məsləhətlər verir və xidmətlər göstərir, müəssisələrin maksimal dərəcədə səmərəli işini təmin etmək üçün layihələrin idarə olunmasını və servis xidmətlərini həyata keçirir. Şirkətin brendləri bunlardır: PlantWebTM, Fisherv, Rosemountv, Micro Motionv, DanielTM, DeltaVTM, OvationTM, AMS Suite, MetranTM.
“Emerson” şirkətinin Azərbaycanda fəaliyyəti
Azərbaycanda şirkətin nümayəndəliyi 1997-ci ildə açılmışdır. 2010-cu ildə nümayəndəlik hüquqi şəxs statusunu almış və bu ona hesablaşmaları milli valyutada aparmağa imkan yaratmış, sifarişçilərlə qarşılıqlı əlaqələri yaxşılaşdırmış və servis dəstəyinin göstərilməsi üçün imkanları genişləndirmişdir. Şirkət sahəsi 263 kvadratmetr olan yeni ofisə köçmüşdür.
2010-cu ildə BP tərəfindən idarə olunan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzər Dənizinin Azərbaycana aid olan sektorunda yerləşən yeni dəniz platformasının avtomatlaşdırılması məqsədilə “Emerson Process Management” şirkəti ilə çoxmilyonluq müqavilə imzaladı. bp şirkətinin platformanı daha effektiv və daha yüksək təhlükəsizlik səviyyəsində istismar etməsinə imkan yaradacaq ölçmə vasitələrinin və aktivlərin idarə olunması və avtomatlaşdırma sistemlərinin təchiz edilməsi ilə yanaşı, avtomatlaşdırma üzrə baş podratcı kimi fəaliyyət göstərən “Emerson” şirkəti texniki tələblərə, habelə büdcə və vaxt məhdudiyyətlərinə riayət olunması məqsədilə avadanlığın düzgün quraşdırılması və inteqrasiyası üçün layihənin idarə olunmasında iştirak edir.
2013-cü ilin sonunda şirkət sahəsi 900 kvadratmetr olan yeni ofisə köçür. “Emerson” şirkətinin təchiz etdiyi sistemlərə və avadanlığa operativ lokal texniki xidmətin göstərilməsi üçün servis mərkəzi və bölgədə fəaliyyət göstərən müəssisələrin işçilərinə təlim keçmək üçün təlim mərkəzi açılır.
Bakıdakı nümayəndəliyin həyata keçirdiyi funksiyalar
Layihələrə texniki dəstəyin göstərilməsi,
Həllin seçilməsi mərhələsində texniki məsələlər üzrə məsləhətlərin verilməsi,
Layihələrin müqavilə əsasında idarə olunması, kvotalaşdırma, logistika,
Müəssisələrdə çalışan mütəxəssislərin öyrədilməsi,
“Emerson” şirkətinin avtomatlaşdırılmış-idarəetmə sistemlərinə servis xidmətinin göstərilməsi.
Klapanların təmiri üzrə servis mərkəzini, yataqların kəşfiyyatı və modelləşdirilməsi sistemlərinə texniki dəstək mərkəzini, simsiz texniki həllər daxil olmaqla, nəzarət-ölçü avadanlığına texniki xidmət mərkəzini yaratmaqla şirkət 2014-cü ildən 2018-ci ilədək olan dövr ərzində servis dəstəyini gücləndirməyi planlaşdırır.
Ofis əməkdaşlarının sayı
Hazırda nümayəndəlikdə 35 nəfər işləyir. Mərkəzin funksional imkanlarının genişləndirilməklə yaxın illərdə əməkdaşların sayını 45 nəfərədək artırmaq planlaşdırılır.

Rul Van Doren
(Roel Van Doren)
“Emerson Process Management” şirkətinin
Avropa bölgəsi üzrə prezidenti
Rul “Emerson” şirkətində karyerasına 22 il bundan əvvəl “Emerson Process Management” şirkətinin Belçikadakı nümayəndəliyində layihələrin idarə olunması üzrə qrupda başlamışdır. O, şöbədə müvəffəqiyyətlə işləmiş, müxtəlif rəhbər vəzifələrdə, o cümlədən, sistemlər üzrə direktor və “PlantWeb” satışları üzrə direktor vəzifələrində çalışmışdır.
2000-ci ildə Rul Böyük Britaniyaya köçərək Böyük Britaniyada və İrlandiyada istehsalat üzrə baş menecer vəzifəsində işləmiş, sonra isə ABŞ-da “Process Systems & Solutions” biznesinin neft emalı və kimya sənayesi üzrə sahə mərkəzinin vitse-prezidenti vəzifəsinə təyinat almışdır. 2008-ci ilin oktyabr ayında Rul “Emerson Process Management” şirkətinin şimali Avropa bölgəsi üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur.
Rul Lyoven katolik universitetini bitirərək elektrotexniki maşınqayırma sahəsi üzrə magistr dərəcəsini almışdır.
Yohan Vanderplaetse
“Emerson Process Management” şirkətinin
Şərqi Avropa üzrə vitse-prezidenti
Yohan Vanderplaetse 1968-ci ildə Tilt şəhərində (Belçika) anadan olmuşdur. Gent Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirdikdən sonra Avropa kollecinin (Brüqqe ş., Belçika) Avropa hüququ fakültəsinə qəbul olmuşdur.
1992-ci ildən Yohan Moskvada A.S. Puşkin adına Dövlət Rus Dili İnstitutunda rus dilini öyrənməyə başlayır. Hazırda o, holland, ingilis, alman, fransız və rus dillərini mükəmməl bilir.
Yohan hüquqşünaslıq sahəsində öz karyerasına 1994-cü ildə “Alcatel” şirkətində başlamış, 2 il sonra isə o, bu telekommunikasiya təşkilatının Sankt-Peterburq şəhərindəki filiallarının birində hüquq şöbəsinə rəhbərlik etmişdir. 1996-cı ildən 1998-ci ilədək dövrdə Yohan Avropa Yenidənqurma və İnkişaf Bankının Qazaxıstanda təsis etdiyi investisiya fondunda işləmişdir. 1998-ci ildə o, “Alcatel” şirkətinə qayıdaraq Rusiya və MDB üzrə baş direktor, sonradan isə şirkətin Vyanada, Avstriya, MDB, Mərkəzi və Cənubi Avropa üzrə prezidenti vəzifəsinə təyin olunur.
1 oktyabr 2009-cu ildə Yohan Vanderplaetse Moskvaya qayıdır və “Emerson Process Management” şirkətinin MDB və Türkiyə üzrə vitse-prezidenti vəzifəsinə təyin olunur. Bu bölgədə şirkətin 1500-dən artıq əməkdaşı işləyir və onun ərazisində Çelyabinskdə “Metran” Sənaye Qrupunun iri istehsal meydançası, mühəndis və elmi-tədqiqat şöbələri yerləşir. 2013-cü ildə onun vəzifələrinin əhatəsi daha da genişlənir. İndi o, cənub-şərqi Avropada da biznesə rəhbərlik edir.
Yohan - qlobal biznesin lokallaşdırılması məsləkinin daşıyıcısıdır. O, dünya texnologiyalarının və innovasiyalarının lokallaşdırılması, MDB ölkələrində Amerika biznesinin fəaliyyəti, xüsusiyyətləri və s. bu kimi sahələr üzrə ekspert biliklərinə malikdir.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.