Livanın nüfuzlu "Al hawadeth" həftəliyində və "Al-bayrak" qəzetində Azərbaycanın uğurlu inkişafına həsr olunmuş məqalə dərc edilmişdir

Livanın nüfuzlu "Al Hawadeth" həftəliyində və "Al-Bayrak" qəzetində Azərbaycanın son illər əldə etdiyi siyasi və iqtisadi uğurlardan bəhs edən məqalə dərc edilmişdir.
Məqalədə Azərbaycan haqqında coğrafi məlumatlar yer almışdır. Ölkənin qədim tarixindən bəhs edən müəllif vurğulamışdır ki, Azərbaycan Avropada ən qədim sivilizasiyalardan biridir.
Xüsusi vurğulanmışdır ki, əhalisinin əksəriyyəti müsəlmanlar olan ölkədə əzəldən bu torpaqda yaşamış dini azlıqlar Konstitusiyada nəzərdə tutulmuş bütün hüquqlara malikdirlər.
Məqalədə deyilir ki, Azərbaycanda 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika yaradılmışdır. Sonradan bu respublika sovet rejimi tərəfindən devrilmişdir. Məqalənin müəllifi İyad əl-Bani yazır: "Lakin 1991-ci ildə ölkə yenidən müstəqilliyini bərpa etmişdir". Azərbaycanın demokratik ənənələrindən bəhs edən müəllif xalqımızın ümummilli lideri Heydər Əliyevin bu sahədə rolunu xüsusi qeyd etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan İyad əl-Bani Azərbaycanın BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına çağıran qətnamələrinin yerinə yetirilməsi tələbinə diqqəti cəlb etmişdir.
Müəllif yazıda Azərbaycanda son illər qazanılmış iqtisadi uğurlara xüsusi yer ayırmışdır. Azərbaycanın neft-qaz ehtiyatları ötən əsrin 90-cı illərindən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə dünya bazarlarına çıxarılır. Yazıda Azərbaycanı Avropa və Yaxın Şərq ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun inşasından da söhbət açılır.
Məqalədə qeyd edilir ki, Azərbaycanın təbii sərvətləri təkcə neft və qazla məhdudlaşmır. Füsunkar təbiəti və coğrafi mövqeyi sayəsində ölkə çox böyük turizm potensialına malikdir.
Müəllif yazır: "Dünyanın yükdaşımaları və əlaqə mərkəzinə çevrilmiş Azərbaycan 1993-cü ildən TRASEKA layihəsinin gerçəkləşdirilməsində iştirak edir. Layihədən məqsəd Böyük İpək Yolunun bərpasıdır. Bundan əlavə, 2009-cu ildə ölkədə xarici sərmayələrin həcmi xeyli artmışdır. Azərbaycanda adambaşına ümumi daxili məhsulun həcmi 9,3 faiz artaraq, 4784 dollara çatmışdır. Sənaye istehsalı 12,7 faiz, kənd təsərrüfatı sahəsində 3,5 faiz, nəqliyyat xidmətləri 9,3 faiz, telekommunikasiyalar 13,1 faiz artmışdır".
Məqalədə xüsusi vurğulanır ki, təhsil sistemi, Azərbaycan tələbələrinin dünyanın aparıcı universitetlərində təhsil alması ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Respublikada qədim abidələr bərpa olunur. Onların bir hissəsi YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilmişdir. Azərbaycan hökuməti xaricdə də mədəni layihələrin maliyyələşdirilməsində iştirak edir. Məsələn, Azərbaycan Luvr muzeyinin bərpasına 1 milyon avro ayırmışdır.
Müəllif yazır: "Bu gün Azərbaycanda dünya standartlarına uyğun yollar, körpülər salınır, yaşayış və idman kompleksləri, tibb mərkəzləri tikilir".
Sonda müəllif belə bir faktı vurğulayır ki, Azərbaycan islam aləmində 1908-ci ildə Üzeyir Hacıbəyli tərəfindən yazılmış ilk operanın vətənidir. Azərbaycan musiqi sənətinin inciləri olan muğam və aşıq musiqisi YUNESKO Folklor İrsi siyahısına daxil edilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında