Lerikdə Qarabağ müharibəsi əlilləri ilə görüş keçirilib

Dağlar diyarı Lerikdə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə bir qrup müharibə əlili ilə keçirilən görüş iştirakçılara unudulmaz təsir bağışlayıb.

Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Qarabağ müharibəsində Vətən naminə sağlamlıqlarından keçmiş veteranları salamladı, onların sosial problemlərinin həlli və sağlıq durumlarının bərpası üçün dövlət tərəfindən görülən tədbirlərin şərhini verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün əlillərə, o cümlədən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə diqqətindən  konkret faktlar əsasında bəhs etdi. Hər il bu kateqoriyadan olan vətəndaşların pensiya və müavinətlərinin artırılması, onların məişət şəraitinin yaxşılaşdırılması üçün əməli tədbirlərin həyata keçirildiyini  söyləyən natiq son illər Lerikdə də  həmin yöndə mühüm addımlar atıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16 mənzilli yaşayış binası tikilib, bu kateqoriyadan olan vətəndaşlar üçün fərdi evlər inşa olunub, minik maşınları verilib.

Qarabağ müharibəsi əlillərindən Cəlal Məmiyev, Arzuman Nəhmətov, Veysəl Məlikov çıxış edərək göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Çıxış edənlər rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə hər il vaxtaşırı onlarla görüşün keçirilməsini müsbət dəyərləndirdiklərini bildirdilər, əlillərin sosial problemlərinin həlli ilə bağlı təkliflər verdilər.

Sonda rayon rəhbərliyi adından Qarabağ müharibəsi əlillərinə maddi yardımlar verildi.

 

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında