Həştərxan vilayəti nümayəndə heyətinin Azərbaycanın milli icmalarının fəalları ilə görüşü olmuşdur

Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Həştərxan vilayəti nümayəndə heyətinin üzvləri - Xaricdəki Həmvətənlərlə Əlaqələr Təşkilatının Əlaqələndirmə Şurasının təmsilçilərinin və jurnalistlərin Azərbaycanın milli icmalarının fəalları ilə görüşü olmuşdur.
"Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin başçısı Ənvər Şeyxov qonaqları salamlamış və bildirmişdir ki, görüşə Azərbaycanın rus, tatar və avar icmalarının nümayəndələri gəlmişlər.
Nümayəndə heyətinin başçısı, Həştərxan vilayəti hökuməti sədrinin müavini Tatyana Yusupova xaricdə yaşayan həmvətənlərə uzunmüddətli dəstək proqramından, Bakıda keçirdiyi görüşlərdən söz açaraq bildirmişdir ki, səfərin məqsədi Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan arasında mədəni əlaqələri möhkəmləndirməkdir.
2010-2015-ci illər üçün nəzərdə tutulmuş mədəni əməkdaşlıq proqramı yaradıcı kollektivlərlə mübadiləni, mədəniyyət günlərinin, olimpiadaların keçirilməsini, həştərxanlı əlil uşaqlara müalicə üçün yollayışların verilməsini, habelə azərbaycanlı şagird və tələbələrin kollec və ali məktəblərdə təhsil almaları üçün kvotaların ayrılmasını nəzərdə tutur. Həmvətənlərlə işə Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsi böyük dəstək göstərir.
Həştərxanlı jurnalistlər - "Xəzər arzusu" müsabiqəsinin qalibləri Vətənə döndükdən sonra "Bakı həştərxanlıların gözü ilə" adlı film çəkməyə hazırlaşırlar.
"Sodrujestvo" Azərbaycan Respublikası Xalqlarının Həmrəyliyi Təşkilatının sədri Tatyana Kərimova, tatar icmasının sədri Gülcan Myasoutova, avar icmasının sədri Maqomed İsayev qonaqlara ölkəmizin milli azlıqlarını təmsil edən öz təşkilatlarının fəaliyyəti barədə məlumat vermişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında