“Yeni il sevincləri”ndən sevinc payınızı alın

 

 

2013-cü ilin son ayına qədəm qoyduq. Dekabr ayı lotereya həvəskarları üçün xüsusi önəm daşıyır. Görəsən, “Binqo”da 175 000 manat məbləğində “Super Binqo”, “Klassik Loto” və “Super Loto” lotereyalarında 175 000 və 171 000 manat məbləğində “Meqa Pot”lar, “5/36” lotereyasında 216 400 manat məbləğində “Cek Pot” ilin sonunadək udulacaqmı? Görəsən, daha neçə ailə “Chevrolet Aveo”, “Nissan Sunny” və “Kia Rio” avtomobillərinin uduş sevincini yaşayacaq?

Ovqatını yaxşılaşdırmaq istəyən hər bir kəs www.azerlotereya.com saytına daxil olaraq uduş sahibləri haqqında çoxsaylı videosüjetlərə baxa bilər. Müxtəlif uduş sahiblərinin üzlərindəki sevinc, sözlərindəki səmimiyyət insanda xoş hisslər oyadır. Kürdəmir sakini Roman Əliyev “6/40” lotereyası üçün yazdığı bir neçə variantı dəyişmədən 3 ay müddətində bütün tirajlarda iştirak etmiş və nəticədə noyabrın 12-də 49 min 650 manat məbləğində “Cek Pot”u udmuşdur. “5/36” lotereyasında hər həftə bir neçə iştirakçı sürətlə artmaqda olan “Cek Pot”un bir addımlığına qədər irəliləyir. Son günlər, bu lotereyada tələbə İsmayıl Əbdülov aldığı bir biletlə 5090 manat, lotereya həvəskarları Sirac Qasımov 4900 manat, Kamal Sadıqov 5425 manat, Orxan Əhmədov 5779 manat udmuşlar.

Fizuli Şabanov gəzinti zamanı maraq xatirinə bir ədəd “Avto Sürpriz+” ani lotereyasını alaraq, “KiA Rio” avtomobilini udmuşdur. Cəmil Quliyevin isə aldığı 2 ədəd “Sprint+” lotereyasından biri ona 5000 manat qazandırdı. İlham Dəmirovun, Ramiz Nəbiyevin və Araz Rüstəmovun “Klassik Loto” lotereyasında iştirakları onların hər birinə “Nissan Sunny” avtomobili qazandırdı. Sadaladığımız bütün uduşlar sahiblərinə təqdim olunmuşdur. İlin son ayında bu uduşlar sırasına daha 9 avtomobil əlavə olunub.

Ötən yazımızda qeyd etmişdik ki, “Azərlotereya” ASC yeni il ərəfəsində daha 3 ənənəvi lotereyanı - “Qış Möcüzəsi”, “Yeni il sevincləri” və “Super Binqo”nu lotereya həvəskarlarının ixtiyarına verib və artıq lotereya biletləri satışdadır. Oxucularımıza tirajı dekabrın 25-də keçiriləcək “Qış Möcüzəsi” haqqında ətraflı məlumat vermişik. Bu oyunda çoxsaylı pul uduşlarına əlavə olaraq, əsas oyundan əvvəl və sonra 100 faiz uduşlu “Hyundai Sonata” və “Hyundai Accent” avtomobilləri oynanılır.

Dekabrın 27-də isə lotereya həvəskarları “Yeni il sevincləri” lotereyasının tirajında çoxsaylı pul uduşlarına əlavə olaraq, yenə də 100 faiz uduşlu avtomobillər udmaq imkanı qazanacaqlar. Bu oyunun birinci turunda istənilən üfüqi sıralarından, ikinci turunda isə lövhələrindən hər hansı biri ən tez dolmuş lotereya bileti uduşlu sayılır. Nəhayət, üçüncü turda 72 gediş ərzində hər hansı lövhəsi dolan bütün biletlər uduşlu sayılır. Lakin uduşlar bununla bitmir. Əsas oyun başlanmazdan əvvəl “Kia Sportage”, başa çatdıqdan sonra isə “Kia Rio” avtomobilləri oynanılır. Bu avtomobillər 100 faiz uduşludur. Başqa sözlə, uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf edərsə, şarlar yenidən lototrona qaytarılır, yeni uduşlu nömrə müəyyən edilir və bu prosedur avtomobil udulana qədər davam edir. “Yeni il sevincləri”ndən sevinc payınızı götürməyə tələsin!

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında