Ölkə ilə bərabər həmkarlar ittifaqları da inkişaf edir

 

 

“Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının növbəti III Məclisi “Ölkənin sosial-iqtisadi inkişafı və AHİK-in IV Qurultayının təşkilatlanma sahəsində qarşıya qoyduğu vəzifələr”, Həmkarlar İttifaqının 2013-cü il üzrə büdcəsinin yerinə yetirilməsinin vəziyyəti və 2014-cü il büdcə layihəsinin təsdiq edilməsi barədə məsələləri müzakirə etmişdir.

Federasiyanın sədri Tofiq Quliyev “Ölkənin sosial-iqtisadi inkişafı və AHİK-in IV Qurultayının təşkilatlanma sahəsində qarşıya qoyduğu vəzifələr” barədə məruzəsində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkə dinamik inkişaf edir. Həyata keçirilən islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin uğurlu icrası ölkədə yoxsulluq və işsizliyin səviyyəsini minimuma endirmiş, Azərbaycan dünyada güclü və sürətlə inkişaf edən demokratik dövlətlər sırasına qoşulmuşdur. Azərbaycan Həmkarlar İttifaqının bu siyasəti dəstəklədiyini və onun həyata keçirilməsində yaxından iştirak etdiyini qeyd edən natiq həmçinin bildirmişdir ki, bu dövrlərdə Sahə Həmkarlar İttifaqı da  təşkilatlanma, yeni yaradılan təsərrüfat subyektlərində ilk təşkilatların yaradılması, işçilərin həmkarlar ittifaqına cəlb edilməsi, müəssisələrdə əməyin təşkili və sosial-məişət problemlərinin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərərək öz nüfuzunu daha da möhkəmləndirmişdir.

Məruzə ətrafında çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin HİK-in sədri N.Kazımov, “Azərsun Holdinq” Şirkətlər Qrupunun müəssisə HİK-in sədri K.Gözəlova və digərləri yeni şəraitdə zəhmətkeşlərin sosial mənafeləri və əmək hüquqlarının müdafiə edilməsi, istehsalatda müasir standartlara cavab verən iş yerlərinin yaradılması, işçilərin sağlamlığı və əməyinin mühafizəsi  sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.  Digər məsələlərin də müzakirəsindən sonra sədr Tofiq Quliyev federasiyanın internet saytının yaradılması haqqında məlumat verib,  saytı məclis iştirakçılarına təqdim etdi.  Sonda federasiyanın sədri idmanın inkişafı sahəsində görülən işlərdən və əldə edilmiş uğurlardan da söz açdı və “Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin yetirmələri yunan-Roma güləşi üzrə Monteneqroda keçirilən Avropa birinciliyində bürünc medal qazanmış Niyazi Məmmədova və güləş üzrə qızlar arasında Bolqarıstanda keçirilən dünya birinciliyindən ölkəyə bürünc medal qazandırmış Raqnetta Qurbanzadəyə  və onların məşqçilərinə federasiyanın diplomlarını və mükafatlar təqdim etdi.

 Azərbaycan Həmkarlar İttifaqları Komitəsinin sədrinin müavini Cavanşir Alxasov da məclisin işində iştirak etmiş, tövsiyə və məsləhətlərini vermişdir.

İlqar RÜSTƏMOV,

 Rafiq SALMANOV (foto),

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında