Səbaildə əlillərin bayram şənliyi

 

 

 

3 Dekabr  Beynəlxalq Əlillər Günü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti rayondakı əlil uşaqlar, Daun Sindromlu Şəxslərin Assosiasiyası və UAFA əlil uşaqlar təşkilatının üzvləri, Saray qəsəbəsindəki  uşaq evində, 219 saylı evdə- məktəbdə təhsil alan əlil uşaqlar - ümumilikdə 150-dən çox əlil uşaq üçün “Romans-Palas” şadlıq sarayında müsiqili-əyləncəli  mərasim keçirmişdir.

 İştirakçıları salamlayan Səbail Rayon İcra Hakimiyyətinin  başçısı Asif Əsgərov əlillərə cansağlığı, xoş əhval arzulamış, dövlətimizin, şəxsən ölkə başçısı İlham Əliyevin  əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə rayonda həyata keçirilən işlərdən danışmışdır. O bildirmişdir ki, rayonda qeydiyyatdan keçmiş 2485 nəfər müxtəlif əlillik dərəcəli  vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi, Çernobıl qəzası əlilləri, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar vardır. Sosial Müdafiə Mərkəzində 371 nəfər tənha əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir.

A.Əsgərov daha sonra bildirmişdir ki, əlil vətəndaşlara, xüsusilə də uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi daim dövlətin diqqət mərkəzindədir. İl ərzində RİH əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli  tədbir təşkil etmiş, 2 nəfərə əlil arabası verilmiş, 10-dan çox əlilin cərrahiyyə əməliyyatı olunmasına köməklik göstərilmiş, uşaqlar üçün tədbirlərdə əlil uşaqların da iştirakı təmin olunmuşdur.

Bu il müxtəlif kateqoriyalardan olan 87 nəfər əlil rayon sakini Naftalan, Lənkəran, Qəbələ rayonları və Mərdəkan qəsəbəsindəki istirahət mərkəzlərinə göndərilmişdir. Əlil uşaqların təhsil almaları üçün yaradılan təhsil müəssisələrindən biri Səbail rayonunda 1941-ci ildən fəaliyyət göstərən  219 saylı evdə məktəbdir.  Burada müxtəlif dərəcəli əlilliyi olan 745 uşaq  11 illik təhsil alır. Onlara 262  müəllim dərs keçir. Burada bir çox uşağın savadı adi məktəblərdəkilərdən də üstün olur. Bu il məzunların 58 faizi respublikamızın və xarici dövlətlərin ali məktəblərinə qəbul olmuşdur.

Mərasimdə çıxış edənlər əlil vətəndaşlara və xüsusilə, əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər. Vurğulanmışdır ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onların ölkədə gedən bütün posseslərdə fəal iştirakı təmin olunmalıdır.

Sonda 150 əlil uşağa RİH-in hədiyyələri təqdim olunmuş  və maddi yardım göstərilmişdir. Estrada ulduzları, digər sənətçilər, şən klounlar  mahnıları və ifaları  ilə iştirakçılara xoş əhval, mənalı anlar bəxş etmişlər.

 

R. TAHİR,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında