Su təsərrüfatı işçiləri yaşıllaşdırma işlərinə diqqəti aQrtırırlar

 

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ekoloji sabitliyin təmin olunmasına və ətraf mühitin qorunmasına mühüm töhfələr verirlər. Səhmdar cəmiyyətin həyata keçirdiyi ekoloji tədbirlər çərçivəsində yaşıllaşdırma işləri bu baxımdan diqqəti cəlb edir. Belə ki, 2011-ci ildən başlayaraq yaz və payız mövsümlərində səhmdar cəmiyyətin əmək kollektivlərinin təşəbbüsü ilə idarə və müəssisələrdə, eləcə də su anbarlarının və təmizləyici qurğuların yerləşdiyi ərazilərdə geniş yaşıllaşdırma işləri aparılır.

Cari ilin noyabr ayının əvvəllərindən növbəti yaşıllaşdırma tədbirlərinə start verilmişdir. Ötən ayda Ceyranbatan Su Kəmərləri İdarəsi, Hövsan Aerasiya Stansiyası və mərkəzi su anbarlarının ərazilərində ağacəkmə kampaniyaları təşkil olunmuşdur. Xatırladaq ki, həmin tədbirlər çərçivəsində müxtəlif növdə 10 minə yaxın ağac əkilmiş, yaşıllıqlar salınmışdır. Bütövlükdə isə 2013-cü ilin yanvar-noyabr aylarında səhmdar cəmiyyətin idarə və müəssisələrinin yerləşdiyi ərazilərdə müxtəlif növdə 27 min ədəd həmişəyaşıl, 688 ədəd dekorativ, 3440 ədəd meyvə ağacı, 106 min ədəd mövsümi gül və 5 min ədəd qızılgül kolu əkilmişdir. Bununla yanaşı, 10 min kvadratmetr sahədə qazon örtüyü salınmış, ağacların suvarılması məqsədilə 2,6 kilometr uzunluğunda su xətti çəkilmiş və damcı suvarma sistemi qurulmuşdur. Eyni zamanda, ötən illərdə əkilmiş ağaclara qulluq göstərilmiş və abadlıq işləri aparılmışdır.

M. YAQUBZADƏ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında