Nərimanov rayonunda “Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusunda tədbir keçirilmişdir

 

Noyabrın 29-da Nərimanov rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Yaşlı nəslin təcrübəsindən faydalanaq”  mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, ziyalılar və fəal gənclər iştirak etmişlər.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev qeyd etmişdir ki, dövlət ailə siyasətinin dəstəklənməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, milli mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, yaşlılara hörmət, kiçiklərə qayğı kimi ənənələrin davam etdirilməsi məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. İ.Mirzəyev vurğulamışdır ki, dinamik tərəqqisini yeni nailiyyətlərlə davam etdirən Azərbaycan qısa zaman kəsiyində artıq dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməyə müvəffəq olmuşdur. Elə bunun nəticəsidir ki, inkişafın Azərbaycan modelinə beynəlxalq səviyyədə bu gün kifayət qədər yüksək diqqət göstərilir, onun xarakterik xüsusiyyətləri geniş tədqiqat predmetinə çevrilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün Prezident İlham Əliyev tərəfindən yeni çalarlarla daha da zənginləşən inkişaf strategiyası ölkəmizin beynəlxalq məkanın daha güclü subyektinə çevriləcəyinə mühüm təminat yaradır.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva vurğulamışdır ki, yaşlı nəsil xalqın ən yaxşı adət ənənələrinin qoruyucusu, daşıyıcısı və gələcək nəslə ötürücüsüdür. Unudulmamalıdır ki, bugünkü ağsaqqallar, ahıllar bizim dünənimiz, keçmişimizdir. Yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək isə nəsillər arasında körpü rolunu oynayır. Bu, cəmiyyətin tamlığı və bütövlüyü baxımından da olduqca vacibdir. Bu gün müstəqil bir dövlət kimi inkişaf edən ölkəmizdə bir çox məsələlərin həllində ağsaqqal sözünə, məsləhətinə, onun bilavasitə fəal iştirakına böyük ehtiyac vardır.

Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Azərbaycan Müəllimlər İnstitutunun kafedra müdiri, professor Mircəfər Həsənov və rayonun fəal tələbə gəncləri qeyd etmişlər ki, dövlətimiz tərəfindən uğurla həyata keçirilən ailə siyasəti milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasını və gələcək nəsillərə çatdırılmasını təmin edir. Eyni zamanda, son illərdə əhalinin həyat səviyyəsini, iqtisadi imkanlarını yüksəltmək məqsədi ilə bir sıra mühüm sənədlərin və fəaliyyət proqramlarının qəbul edildiyi vurğulanmış və bildirilmişdir ki, ölkəmizin dinamik inkişafının, sürətli yüksəlişinin, gündən-günə dəyişərək gözəlləşən simasının konkret təzahürlərindən biri də hər zaman öz yüksək tərəqqi tempi ilə seçilən Nərimanov rayonudur. Rayonun sosial-iqtisadi inkişafında və ictimai həyatında qazandığı uğurlarda rayon ağsaqqallarının da payı vardır.

Tədbiri yekunlaşdıran Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini bildirmişdir ki, gənclər, orta nəslin nümayəndələri, həmçinin yaşlı nəsil cəmiyyətdə gedən inkişaf proseslərindən kənarda qalmamalıdır. O, yaşının kiçik və ya böyük olmasından asılı olmayaraq gənclərin ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatının ən müxtəlif sahələrində bundan sonra da uğurla çalışacağına, yeniləşən ölkəmizin çiçəklənməsi naminə görüləcək işlərə dəyərli töhfələr verəcəklərinə əminliyini ifadə etmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında