Bakıda Azərbaycan-Türkiyə nefroloji konfransı keçirilir

 

Noyabrın 29-da Azərbaycan Tibb Universitetinin (ATU), Tədris Terapevtik Klinikasında Azərbaycan - Türkiyə nefroloji konfransı öz işinə başlamışdır.

 AzərTAc xəbər verir ki,  konfransın açılış mərasimində ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bildirmişdir ki, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi artıq ənənə halını almışdır. Bu, Azərbaycanın bütün sahələrdə, o cümlədən səhiyyədə əldə etdiyi uğurlarla bağlıdır.

Rektor demişdir ki, noyabrın 30-dək davam edəcək konfransda nefrologiya sahəsində yeniliklərlə bağlı məruzələr dinləniləcək və müzakirələr aparılacaqdır. Bu isə ölkələrimiz  arasında elmi əlaqələrin qurulmasında böyük əhəmiyyət daşıyır.

Qeyd etmişdir ki, ölkəmizdə nefrologiya sahəsində mütəxəssislərin qıtlığı müşahidə edilir.

Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevin səhiyyəyə daim xüsusi önəm verdiyini vurğulamışdır. Bildirmişdir ki, dövlət başçısının tapşırığı ilə ölkədə dializ mərkəzləri açılmışdır.

Azərbaycan ilə Türkiyənin tarixi birliyindən, mehriban qardaşlıq münasibətlərindən danışan akademik Ə.Əmiraslanov ADU ilə Türkiyə universitetlərin əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini diqqətə çatdırmışdır.

Konfransda iştirakından məmnun qaldığını bildirən Antaliya şəhəri Akdeniz Universitetindəki nefroloji bölmənin professoru Gültekin Süleymanlar təhsil əlaqələrimizin səmərəli olacağına əminliyini vurğulamışdır.

Konfransda çıxış edən tibb elmləri doktoru, professor-nefroloq, Azərbaycan Tibb Universitetinin Tədris terapevtik klinikasının Efferent terapiya mərkəzinin rəhbəri Mehman Ağayev dünya ölkələrinin tibb təhsili üzrə təcrübələrinin bu sahənin inkişafında mühüm rolunu vurğulamışdır.

Sonra M.Ağayev Türkiyənin bu sahədə tanınmış mütəxəssislərinə xatirə hədiyyələri təqdim etmişdir. 

Tədbirdə nefrologiya sahəsində əməkdaşlığın inkişafı üzrə geniş fikir mübadiləsi aparılmış, məruzələr dinlənilmişdir.

Konfrans noyabrın 30-da başa çatacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında