Kənd təsərrüfatı naziri Salyanda vətəndaşları qəbul etmişdir

 

 

Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına müvafiq olaraq, vətəndaşların yerlərdə qəbulu üzrə təsdiq olunmuş cədvələ əsasən, kənd təsərrüfatı naziri Heydər Əsədov noyabrın 29-da Salyan rayonunda Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Cəbrayıl, Neftçala və Biləsuvar rayonlarının sakinlərini

qəbul etmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazirliyin idarə və təşkilatlarının, digər struktur rəhbərlərinin də iştirak etdiyi qəbulda 60 vətəndaşın müraciətinə baxılmışdır. Nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləmiş, müraciətlərin bir çoxu yerində həll olunmuş, qaldırılan məsələlərin qanunvericiliyə uyğun  və mümkün qədər qısa müddət ərzində həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Müraciətlər əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli kreditlərin daha uzun müddətə verilməsi, pambıqçılığın inkişafına dövlət dəstəyi və məhsulun satış qiymətinin artırılması, tədarük məntəqələrinin yaradılması, kooperativlərin təşkil edilməsi, drenaj kollektor şəbəkələrinin təmizlənməsi kimi məsələlərlə bağlı olmuşdur.

Vətəndaşlar yerlərdə qəbulların təşkilinə və yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Qəbuldan sonra nazir Heydər Əsədov Salyan rayonunda südlük-maldarlıq üzrə 1070 başlıq özəl damazlıq “Nurgün-aqro” MMC-də yaradılmış şərait və işlərin gedişi ilə tanış olmuş, məsləhət və tövsiyələrini vermişdir. Həmçinin yeni alınmış cins mal-qaranın daha da artırılması üçün süni mayalanma və damazlıq işinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Eyni zamanda, nazir bölgədə nazirliyin tabeçiliyində olan idarə və müəssisələrin, o cümlədən “Aqrolizinq” ASC-nin filialının fəaliyyətinə də baxış keçirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında