"Jurnalistlərin ekologiya məktəbi" fəaliyyətə başlayıb

Ekologiyadan yazan və bu sahəyə maraq göstərən jurnalistlər üçün "Jurnalistlərin ekologiya məktəbi" təşkil edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunmuş məktəbin ilk məşğələsi keçirilib.
Məktəbin açılışında iştirak edən nazir H. Bağırov onun yaranma zərurəti və məqsədləri barədə danışıb. O bildirib ki, dünyada ekoloji problemlərin aktuallaşdığı dövrdə və ölkəmizdə 2010-cu il-"Ekologiya ili"-ndə məktəbin yaradılmasında məqsəd bu sahədən yazan jurnalistlərin ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və digər sahələrdə biliklərinin artırılması, onlara bu mövzuların doğru və ətraflı işıqlandırmağa yardım etməkdir. Nazir bildirib ki, dərslər müəyyən edilmiş proqram əsasında müxtəlif mövzuları əhatə edəcək, məktəbin şagirdləri konkret mövzulara uyğun olaraq, həmin sahənin mütəxəssislərinin mühazirələrini dinləyəcək, diskussiyalarda iştirak edə biləcəklər.
"Jurnalistlərin ekologiya məktəbi"ndə tədris prosesi həftədə 2 dəfə olmaqla bir qoşa saat davam edəcək. Sonda məktəbi uğurla bitirən iştirakçılar diplomla təltif olunacaq.
Qeyd edək ki, birinci məşğələdə "Azərbaycan Respublikasının ekologiya sahəsində dövlət siyasəti: prioritetləri, həyata keçirilmə mexanizmləri" mövzusunda mühazirə oxunub.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında