Prezidentlə jurnalistlərin dostluğu cəmiyyətdə həmrəyliyin mühüm göstəricisidir

 

 

 

Ölkə mediasının həyatında bu ilin ən yaddaqalan hadisələrindən biri də Prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi oldu. Bu mərasimdə bir tərəfdən “Nə üçün “Jurnalistlərin dostu” mükafatı bilavasitə Prezidentə təqdim olundu” sualına cavab verildi, digər tərəfdən də ölkə, region və bütövlükdə dünya ictimaiyyətinə önəmli mesajlar göndərildi.

Hələ bir neçə ay bundan əvvəl əməkdaşlar “Jurnalistlərin dostu” mükafatı ilə bağlı sorğu vərəqələrini mənə təqdim edəndə belə bir sual verdilər: “Sizcə, bu il kim jurnalistlərin dostu olmağa layiqdir?”. Düşünmədən cavab verdim ki, “Jurnalistlərin dostu” olmağa ən layiqli şəxs cənab Prezidentdir. Ona görə ki, yenicə “Palitra”nın iki nəfər evsiz əməkdaşı Prezidentin sərəncamı ilə jurnalistlər üçün tikilən binada mənzillə təmin olunmuşdular. Həmin gün bu iki ailənin sevincini sözlə ifadə etmək mümkün deyildi. Jurnalistlərə mənzillərin tikilməsi təşəbbüsü isə birbaşa Prezident İlham Əliyevə məxsus idi.

 Amma Prezidentə bu mükafat təkcə jurnalistlərə mənzil verilməsinə, yaxud qəzetlərin maddi-texniki bazasının möhkəmlənməsi üçün yüz min manatlarla vəsait ayrılmasına və s. kimi məsələlərə görə verilmədi. O  həm də güclü dövlət başçısı kimi jurnalistləri razı salmışdır. Hər bir jurnalist həm də öz ölkəsinin vətəndaşıdır. Eyni zamanda, informasiya mənbələrinə daha çox çıxışı olan şəxsdir. Jurnalist bir vətəndaş kimi dövlətinin güclü, qüdrətli olmasını, inkişaf etməsini, dünya birliyində layiqli yer tutmasını istəyir və həm də bu sahəyə kimlərin daha çox xidmət göstərdiyini daha yaxşı bilir. Jurnalist o şəxsi özünün dostu seçir ki, o, dövlət maraqlarını, milli dəyərləri, Vətənin taleyini hər şeydən üstün tutsun. Bax, cənab Prezident bu kriteriyalara hamıdan çox uyğun gəldiyi üçün “Jurnalistlərin dostu” seçildi.

Sözügedən mükafatın təqdimetmə mərasimində Prezidentin çıxışına diqqət yetirsək müstəqillik, dövlətçilik, müasirlik, inkişaf kimi prinsiplərə xüsusi yer verildiyinin şahidi olarıq. “Məqsədimiz inkişaf etmiş dövlətlərin cərgəsinə qoşulmaqdır”, “Müstəqilliyimizi heç vaxt əldən vermərik”, “Dövlət maraqları hər şeydən üstün tutulmalıdır” kimi tezislər Prezidentin çıxışının ana xəttini təşkil edirdi.

Prezident Azərbaycana qarşı düşünülmüş, koordinasiya edilmiş, məqsədyönlü qarayaxma kampaniyası aparıldığı bir vaxtda yerli medianı xarici təsirlərdən azad olmağa çağırdı. Çünki, xaricdəki bəzi dairələr ölkəmizə qarşı təzyiq vasitəsi kimi müxalif media orqanlarının fəaliyyətindən istifadə edir. Odur ki, İlham Əliyevin “Azərbaycanın problemləri ölkə daxilində müzakirə edilməlidir” mesajı ölkənin ictimai-siyasi mühitində yeni mərhələnin başlanğıcını qoydu.

Bəzən elə rəy formalaşdırmağa çalışırlar ki, guya, rəhbərlik ölkədə baş verən neqativ halların ört-basdır edilməsi xəttinə tərəfdardır. Prezidentin isə çıxışı göstərdi ki, bu yanlış düşüncədir. Prezident birmənalı şəkildə bildirdi ki, xoşagəlməz hallar barədə araşdırmalar ümumi işimizə dəstək verir: “Cəmiyyətin yaralarını aşkarlamaq və sağaltmaq üçün biz birlikdə çalışmalıyıq”.

Prezident bir daha sübut etdi ki, istər jurnalist olsun, istərsə də sıravi vətəndaş- hər bir kəsin ümumi maraqlara xidmət edən təşəbbüsü dövlət başçısı tərəfindən dəstəklənəcək. Ahıl jurnalistlərə maddi və mənəvi yardım göstərilməsi, jurnalist ixtisası seçənlərin qabiliyyət imtahanı verməsi kimi məsələlərə Prezidentin müsbət cavabı bu baxımdan media ictimaiyyətinin ürəyincə oldu.

Bütün bunlar Azərbaycanda mətbuatla dövlət arasında səmərəli əməkdaşlığın yaranmasının göstəriciləridir. Əgər dövlətin və bir vətəndaş kimi jurnalistin ümumi məsələlərdə həmrəyliyi mövcud olsa, belə dövlətin maraqlarını tapdalamaq da çətin olar.

Namiq ƏLİYEV,

 “Palitra” qəzetinin

baş redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında