“Rabitə” lider mövqeyini möhkəmləndirir

 

 

 

Qadın voleybol komandaları arasında Çempionlar Liqası turnirinin qrup mərhələsində üçüncü turun oyunları keçirilmişdir. Azərbaycan çempionu Bakının “Rabitə” klubu bu turda Almaniyada yerli “Drezdner”in qonağı olmuş və elə bir çətinlik çəkmədən 3:0 hesabı ilə qələbə qazanmışdır.

Voleybolçularımız ardıcıl üçüncü uğurlu oyun sayəsində xal ehtiyatlarını 8-ə çatdıraraq qrupun turnir cədvəlində öz lider mövqelərini bir qədər də möhkəmləndirmişlər.  Xatırladaq ki, “Rabitə” ilə “Drezdner”in çıxış etdikləri qrupa həmçinin “ Omiçka” (Rusiya) və “Bezye” (Fransa) komandaları daxildirlər.

Elə həmin gün bu turnirdəki digər təmsilçimiz “İqtisadçı” isə öz meydanında İtaliyanın “Pyaçentsa” klubunu qəbul etmiş və təəssüf ki, məğlubiyyətə uğramışdır-1:3. Üç turdan sonra “İqtisadçı”nın 5 xalı vardır,  “Pyaçentsa” 6 xal toplamışdır. Qrupda bakılıların digər rəqibləri “Dinamo” (Rusiya) və “ Srvena Zvezda” (Serbiya) komandalarıdır. Qarşıda ikinci dövrənin oyunları durur.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında