Türk dünyasının gənc iş adamları İstanbulda toplaşmışlar

 

 

 

Noyabrın 25-dən 30-dək İstanbulda Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Dünya Türk Gəncləri Birliyinin (DTGB) layihəsi olan türk dünyası gənc iş adamlarının birinci toplantısı keçirilir.

DTGB-dən bildirmişlər ki, tədbirin rəsmi açılışında Dünya Türk Gəncləri Birliyinin sədri Əkrəm Abdullayev toplantının keçirilməsinə dəstək olan qurumlara təşəkkürünü bildirmiş və DTGB-nin 21 illik fəaliyyətindən və uğurlarından danışmışdır.

Əkrəm Abdullayev demişdir ki, toplantının əsas məqsədi türk dünyası regionunun 22-28 yaş arasındakı gənc iş adamları arasında əməkdaşlığın və koordinasiyanın yaradılmasına və s.  kömək etməkdir.

Ölkəmizin nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədrinin müavini Mirhəsən Seyidov Azərbaycan hökumətinin bu gün türk dünyası ölkələri gənclərinin bir araya gəlməsinə mühüm əhəmiyyət verdiyini diqqətə çatdırmışdır. Azərbaycanda mövcud olan imkanlardan danışan nümayəndə heyətinin rəhbəri, çıxışını türk dünyası gənc iş adamlarının ikinci toplantısının ən yaxın vaxtlarda Azərbaycanın işğal olunmuş Şuşa şəhərində keçirilməsi arzusu ilə yekunlaşdırmışdır.

Toplantının ikinci günündə “Türk dünyasının iqtisadiyyat sahəsində iş birliyinin perspektivləri” mövzusunda seminar keçirilmişdir. Tədbirdə Türk Dünyası İqtisadçılar Birliyinin Azərbaycandan olan həmsədri Pərviz Həsənov və “Texnika Kapital LTD” şirkətinin rəhbəri Cəfər İbrahimov çıxış edərək  ölkəmizdə gənc sahibkarlara göstərilən diqqət və qayğıdan danışmışlar. Tədbir çərçivəsində Türk Dünyası Gənc Sahibkarlar Birliyinin yaradılması istiqamətində verilən təkliflərə əsasən müzakirələr aparılmış və nəticə ilə bağlı bəyanat qəbul edilmişdir.

Toplantıda, həmçinin Qırğızıstanın gənclər nazirinin müavini Anıpa İmankulova, Türk Şurasının baş katibi Kısmet Güzelov, MÜSİAD Gənclər Platformasının xarici əlaqələr üzrə əlaqələndiricisi Erdem Dereli, Türk Dünyası Jurnalistlər Cəmiyyətinin sədri Menderis Demir, Türkiyə-Hollandiya Ticarət Palatasının sədr müavini İhsan Beşer, Avropa Sənaye İqtisadiyyatı və Ticarət Palatasının Əfqanıstan üzrə təmsilçisi Mustafa Özdemir və başqaları iştirak edirlər.

Noyabrın 30-dək davam edəcək toplantının proqramına gənc sahibkarların fərdi görüşləri, İstanbul turu və türk dünyası etnik-mədəni konsertinin keçirilməsi daxildir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında