“Mən fəxr edirəm ki, azərbaycanlıyam”

 

 

 

Noyabrın 27-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) tərəfindən “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı tədbir keçirilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilati dəstəyi ilə reallaşdırılan tədbirdə YAP Binəqədi rayon təşkilatının fəalları və gənclər iştirak etmişlər.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin önəm verdiyi məsələlərdən biri də uşaqlarımızın və gənclərimizin azərbaycançılıq ruhunda tərbiyə olunması idi.

TUMİB-in sədri Çingiz Bayramov, Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Milli Məclisin deputatı Musa Qasımov çıxış edərək,  belə layihələrin həyata keçirilməsinin önəmindən danışmış, Azərbaycanın inkişaf tarixindən, ulu öndərin xalqımız qarşısındakı əvəzolunmaz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi üçün görülən işlərdən bəhs etmişlər. Bildirmişlər ki, ümummilli lider Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamının hər kəs tərəfindən dərindən dərk edilməsi vacibdir.

Layihənin məqsədi Bakıda, Sumqayıtda, Gəncədə, Mingəçevirdə və Tovuzda 14-18 yaşlı yeniyetmələr və 18-29 yaşlı gənclər arasında vətənpərvərliyin təbliği, azərbaycançılıq ideologiyası ilə bağlı informasiya çatışmazlığının aradan qaldırılması və bu sahədə təcrübənin yayılması, dövlətin və millətin mənafeyinin hər şeydən üstün tutulmasının vacibliyinin gənclərə çatdırılmasıdır.

Sonda bir qrup gəncə diplomlar təqdim olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında