Qroznıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” III Azərbaycan-Rusiya Forumu keçirilir

 

 

 

Rusiya Federasiyasının Çeçenistan Respublikasında “Yeni nəsil: sərhədsiz məsuliyyət”  III Azərbaycan-Rusiya Forumu keçirilir. Azərbaycanı forumda gənclər və idman  nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə böyük nümayəndə heyəti təmsil edir.

Noyabrın 27-də tədbir iştirakçıları Çeçenistan Respublikasının birinci Prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırov adına xatirə kompleksini ziyarət etmiş, gül dəstələri qoymuşlar.

Açılış mərasimindən sonra “Rusiya-Azərbaycan gənclərinin əməkdaşlığı: müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda geniş iclas keçirilmişdir.

Tədbirdə Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov və Rusiya Gənclərin İşləri üzrə Federal Agentliyinin rəhbəri Sergey Belokonyevin forum iştirakçılarına təbrik məktubu oxunmuşdur.

İclasda Çeçenistan parlamentinin sədri Dukuvaxa Abdurrahmanov, Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış etmişlər.

İntiqam Babayev bildirmişdir ki, Azərbaycan da, Rusiya da çoxmillətli ölkələrdir. O demişdir: “Məlum olduğu kimi, Azərbaycan-Rusiya sərhədi Qafqazdan keçir. Biz gənclərimizə görə məsuliyyət daşımalıyıq və bu məsuliyyəti “bizimkilər” və “sizinkilərə” ayırmaq olmaz".

Görüş iştirakçıları Azərbaycan və Rusiya gənclər təşkilatının qarşılıqlı fəaliyyəti, iki ölkə arasında gənclər siyasəti, gənclər mühitində mədəniyyətlərarası dialoq və digər mövzuları müzakirə etmişlər.

Noyabrın 28-də öz işini davam etdirəcək forum çərçivəsində “dəyirmi masa”lar keçiriləcək, iştirakçılar Qroznıya ekskursiyaya çıxacaq, iki ölkənin gənc musiqiçilərinin çıxışlarını dinləyəcəklər.

Qeyd edək ki, əvvəlki iki forum Azərbaycanda keçirilmişdir.

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında