Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan mədəniyyətinin Avropa ölkələrində təbliği uğurla davam edir

 

 

 

YUNESKO-nun qərarı ilə Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi çərçivəsində noyabrın son günləri Fransanın qədim Reyms şəhərində tədbirlər keçirilməsi nəzərdə tutulur.

X əsrdən başlayaraq bir çox Fransa kralının tacqoyma mərasiminin keçirildiyi şəhər kimi tanınan Reyms, həm də müxtəlif mədəni tədbirlərin məkanı sayılır. Bu şəhər incəsənət və tarix baxımından Fransa şəhərlərinin milli siyahısına daxil edilmişdir.

Noyabrın 28-də Reymsdə açılacaq sərginin konsepti tamaşaçılara ilk azərbaycanlı şairə qadının fəlsəfi mahiyyəti ilə diqqəti cəlb edən poeziyası, o dövrün tarixi mühiti, məişəti, geyim nümunələri haqqında təsəvvür yaratmağa xidmət edir. Şəhər merinin, bir çox senatorların iştirakı ilə açılacaq və iki həftəyədək davam edəcək sərgidə Məhsəti Gəncəvinin yaradıcılığına həsr olunmuş batik və xalçalar, miniatürlər, XIX əsrin sonu, XX əsrin əvvəlində Gəncə şəhərində çəkilmiş foto-şəkillər, şairənin ingilis və fransız dillərində nəşr olunmuş kitabları, musiqi diskləri nümayiş olunacaqdır.

Noyabrın 29-da Reymsin mərkəzi meydanında təşkil ediləcək beynəlxalq yarmarkada ölkəmiz də təmsil olunacaqdır. Azərbaycan pavilyonunda Reymslə qardaşlaşmış Gəncədən gətirilmiş xalçalar, şərablar, meyvələr təqdim ediləcəkdir.   

Noyabrın 30-da isə Avropanın ən tanınmış musiqi məbədlərindən sayılan Reyms Konservatoriyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş gecə keçiriləcəkdir. Konsert proqramında  klassik Azərbaycan musiqisi ilə yanaşı, xalq artistləri Alim Qasımov, Azər Zeynalov, Samir Cəfərov və başqa müğənnilərin ifasında Məhsəti Gəncəvinin rübailərinə yazılmış mahnılar və şairənin fransız dilinə tərcümə olunmuş rübailəri səslənəcəkdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında