Qaçqın və məcburi köçkünlər üçün salınan qəsəbələrdə yaşayanların sayı açıqlanmışdır

 

 

 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu günə qədər qaçqın və məcburi köçkünlər üçün salınan qəsəbələrin, bu qəsəbələrdə yaşayan ailələrin sayını açıqlamışdır.

Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondu və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmışdır.

Bu qəsəbələrə 40 min ailə və ya 180 min nəfərədək qaçqın və  məcburi köçkün köçürülmüşdür. Yeni salınmış yaşayış məntəqələrində 139 məktəb, 6 musiqi məktəbi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 45 mədəniyyət mərkəzi, 2 olimpiya idman kompleksi tikilmişdir. Qəsəbələrə 648 km yol, 815 km su, 1412 km elektrik, 333 km qaz xətti çəkilmiş, 715 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında