“Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və xəlvətilik”

 

 

 

Noyabrın 25-də Bakıdakı Beynəlxalq Muğam Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Qafqaz Universiteti və Qafqaz Universitetləri Birliyinin təşkilatçılığı ilə “Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və xəlvətilik” mövzusunda simpozium keçirilmişdir.

Simpoziumun açılış mərasimi DQİDK-nın təşəbbüsü ilə çəkilmiş “Əbədi işığın abidəsi: Şamaxı cümə məscidi” filminin nümayişi ilə başlandı.

 Tədbirdə ilk olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov çıxış etdi. O, böyük islam mütəffəkiri hesab olunan Seyid Yəhyanın dünyanın bir sıra yerlərində bu gün də tərəfdarlarının olduğunu və onun xəlvətilik  dini-fəlsəfi təliminin davamçılarının bu böyük sufi alimin irsindən hələ də bəhrələndiyini  qeyd etdi. DQİDK-nın sədri E. İskəndərov çıxışında Seyid Yəhya Bakuvinin Azərbaycan xalqının fəxri olduğunu və belə bir əxlaq məktəbi qurucusundan daim bəhrələnməli olduğumuzu diqqətə çatdırdı. Komitə sədri, Seyid Yəhyanın doğulduğu Şamaxı şəhərində yerləşən Qafqazın ən qədim islami ibadət evi  sayılan  Cümə məsçidinin Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə köməyi ilə yenidən əsaslı təmir olunmasını çıxışında qeyd edərək bu addımın dövlətimizin  xalqımıza və alimə göstərdiyi  böyük hörmətin nəticəsi kimi qiymətləndirdi.

 Sonra söz bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadəyə verildi. Şeyxülislam da öz növbəsində Azərbaycan təsəvvüf tarixində Seyid Yəhya Bakuvinin özünəməxsus yerinin olduğunu qeyd edərək onun əsərlərinin irfan elminin incisi olduğunu vurğuladı. Daha sonra o,  ateizmi əsas şüar kimi götürən  kommunistlərin belə sosial bərabərlik ideyalarının əksəriyyətinin Seyid Yəhyanın əsərlərində hələ 500 il bundan öncə əksini tapdığını bildirdi.

 Daha sonra Diyanət İşləri Başkanının yardımçısı Həsən Kamil Yılmaz Seyid Yəhya Bakuvi şəxsiyyətindən bəhs edərək onun istər Azərbaycanda, istərsə də Anadoluda böyük alim və övliya kimi qəbul edildiyini diqqətə çatdırdı.

Simpoziumda  Milli Məclisin deputatları Qənirə Paşayeva, Rafael Hüseynov, təhsil nazirinin müavini Ceyhun Bayramov və digər şəxslər çıxış edərək Seyid Yəhya Bakuvi və yaradıcılığı barədə maraqlı fikirlər səsləndirdilər.

Sonda “Savalan” irfan qrupunun ilahi mahiyyətli musiqiləri və xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımovun və əməkdar artist Fərqanə Qasımovanın ifaları  tədbirə əlavə xoş ovqat bəxş etdi. Tədbirdə türkiyəli tədqiqatçı-alim, Qafqaz Universitetinin dosenti Mehmet Rıhtımın “Seyid Yəhya Bakuvi” əsəri iştirakçılara paylanıldı.

Onu da qeyd edək ki, ötən ay Parisdə UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Seyid Yəhya Bakuviyə həsr edilmiş beynəlxalq simpozium keçirilmişdir. “Seyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi” adlı simpozium Heydər Əliyev Fondunun təşəbbüsü və UNESCO tərəfindən 2013-cü ilin “Bakuvi ili” elan edilməsi ilə əlaqədar komitə tərəfindən keçirilmiş 30-dan artıq silsilə tədbiri beynəlxalq müstəviyə çıxarmışdır.

Anar TURAN,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında