Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 28-ci sessiyasında iştirak edir

 

 

 

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Beynəlxalq Dəniz Təşkilatının (Azərbaycan Respublikası 1995-ci ildən bu təşkilatın üzvüdür)  25 noyabr - 04 dekabr 2013-cü il tarixlərində London şəhərində keçirilən Assambleyasının 28-ci sessiyasında iştirak edir.

Sessiyada Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi, Qanunvericilik, Dəniz Ətraf Mühitinin Mühafizəsi, Asanlaşdırma və Texniki Əməkdaşlıq komitələrinin hesabatları dinləniləcək, “Yük nişanı haqqında Beynəlxalq Konvensiya”, “Gəmilərin ölçülməsinə dair Beynəlxalq Konvensiya”, “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair Beynəlxalq Qaydalar”a təklif edilmiş dəyişikliklər nəzərdən keçiriləcək, habelə dəniz nəqliyyatı sahəsinə dair digər mühüm normativ sənədlər və Beynəlxalq Dəniz Təşkilatına Üzv Dövlətlərin Könüllü Audit Yoxlamasından keçməsi barədə müzakirələr aparılacaqdır.

Sessiyada həmçinin, dünyanın 170 dövlətinin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının ali icra orqanı olan Şuraya seçkilərin keçirilməsi nəzərdə tutulmuşdur və Azərbaycan nümayəndə heyəti tam hüquqlu üzv olaraq həmin seçkilərdə iştirak edəcəkdir.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun qeyd olunan tədbirdə bir sıra dövlətlərin dəniz administrasiyaları rəhbərləri ilə görüşləri nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası

Dövlət Dəniz Administrasiyasının mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında