Azərbaycanın müdaxiləsindən sonra etiketləri üzərində Dağlıq Qarabağın Ermənistanın tərkibində göstərildiyi konyakların Almaniyada satışının qarşısı alınmışdır

Azərbaycanın Almaniyadakı səfirliyi bəzi kütləvi informasiya vasitələrinin internet səhifələrində Heilbronn şəhərində (Baden-Vürtemberq əyaləti) satışda olan Ermənistan istehsalı olan konyakların etiketlərinin üzərində Dağlıq Qarabağın Ermənistanın tərkibində göstərildiyinə dair məlumatla əlaqədar müvafiq araşdırmalar aparmışdır.
Azərbaycanın Ştuttqart şəhərindəki fəxri konsulluğu vasitəsilə bu konyakların Almaniyada satışını həyata keçirən "Aniland GmbH" şirkəti ilə əlaqə saxlanılmış və müvafiq məktub göndərilmişdir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, məsələ ilə bağlı şirkətdən daxil olmuş cavab məktubunda qeyd olunmuşdur ki, "Aniland GmbH" özünü heç bir halda Cənubi Qafqazda baş verən siyasi proseslərə qatmaq istəmir. Bu səbəbdən 2010-cu ilin yanvarından şirkət tədarükçüsündən həmin konyakların etiketlərinin dəyişdirilməsini tələb etmişdir. Bundan əlavə, məktubda bu konyakların 2010-cu ilin yanvarından satılmadığı, səhv etiketlənmiş konyakların Ermənistana geri göndərildiyi və gələcəkdə şirkət tərəfindən ancaq müvafiq etiketli konyakların satışının həyata keçiriləcəyi bildirilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında