Türkiyə səfirliyi Azərbaycan KİV-lərinin əməkdaşlarını mükafatlandırdı

Dünən Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyində Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar toplantı keçirildi. Tədbirdə BMT və ATƏT-in Azərbaycandakı nümayəndələri, Azərbaycan Milli Məclisinin deputatları və əksər KİV-lərin təmsilçiləri iştirak edirdilər.
Səfir Hulusi Kılıç Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də yaratdığı "Əkinçi" qəzeti ilə başlanan Azərbaycan mətbuatı tarixinin, eləcə də Azərbaycan milli mətbuatının 135 illik yubileyinin Türkiyə türkləri üçün də önəmli olduğunu bildirdi. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan xalqları tarixin bütün mərhələlərində bir yerdə olub, bir-birinə kömək əli uzadıblar. 1915-ci ildə Çanaqqala döyüşündə azərbaycanlılar türklərlə çiyin-çiyinə vuruşub, 1918-ci ildə Azərbaycan müstəqillik uğrunda savaşarkən Nuru Paşanın rəhbərliyi ilə 8 minlik türk ordusu Azərbaycanın köməyinə gəlib. Atatürk "Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir" deyib, ulu öndər Heydər Əliyev isə bu iki xalqı "bir millət, iki dövlət" kimi səciyyələndirib.
Səfir Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olmasından, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyətindən söz açdı, Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar 1993-cü ildə bağlanmış Türkiyə-Ermənistan sərhədinin münaqişə həll olunmayınca açılmayacağını bir daha bəyan etdi. İki ölkə arasında münasibətlərin bugünkü səviyyəyə gəlib çatmasında Azərbaycan mətbuatının da böyük rol oynadığını qeyd etdi.
Hulusi Kılıç Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə müxtəlif fəxri adlara və mükafatlara layiq görülmüş KİV işçilərini təbrik etdi.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bu günlərdə mətbuatımızın 135 illiyinin dövlət tərəfindən yüksək səviyyədə qeyd olunduğunu, Prezident İlham Əliyevin 100-ə qədər jurnalisti müxtəlif mükafatlara layiq gördüyünü, Mətbuat Şurası üçün yeni binanın açıldığını, ölkənin ayrı-ayrı şəhər və rayonlarında bu münasibətlə tədbirlər keçirildiyini bildirdi. O, Türkiyə səfirliyinin Azərbaycan mətbuatının yubileyi ilə bağlı keçirdiyi tədbirin də təqdirəlayiq olduğunu qeyd etdi və buna görə təşkilatlçılara təşəkkürünü çatdırdı.
Sonra 30 KİV nümayəndələrinə Türkiyə səfirliyinin plaketləri təqdim edildi. Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və başqaları mükafat alanlar sırasında idi. Azərbaycan KİV-lərinin üç nümayəndəsinə isə ödüllər verildi.

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında