Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində cari ilin birinci yarısının yekunları ilə bağlı kollegiya iclası keçirilmişdir

Avqustun 4-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2010-cu ilin birinci yarısının yekunları ilə bağlı kollegiya iclası keçirilmişdir.
Nazir Əli Abbasov ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilən sosial-iqtisadi siyasətin digər sahələrdə olduğu kimi telekommunikasiya və informasiya texnologiyaları sektoruna da müsbət təsir etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, 2010-cu ilin birinci yarımilliyində informasiya-kommunikasiya texnologiyaları (İKT) və poçt sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,1 faiz artaraq 638,1 milyon manat təşkil etmişdir. 2009-cu ilin 6 ayı ilə müqayisədə artım tempi İKT sektorunda 28,2 faiz, o cümlədən telekommunikasiya sektorunda 29,6 faiz, poçt sektorunda isə 19,5 faiz təşkil etmişdir.
İKT və poçt sektorunda əldə olunan gəlirin 80 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşmüşdür.
Telekommunikasiya sektorundakı gəlirlərin 75 faizi mobil operatorların payına düşmüşdür. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin birinci yarımilliyində mobil sektor üzrə artım tempi 28,4 faiz olmuşdur.
İKT və poçt sektorunda əldə olunan gəlirlərin ümumi daxili məhsulda payı 1,6 faiz təşkil etmişdir.
Nazir Azərbaycanda yaradılması nəzərdə tutulan regional innovasiya zonaları, Şərq-Qərb super informasiya magistralı (TASİM), Azərbaycanın telekommunikasiya peykinin buraxılması layihələrini diqqətə çatdırmışdır. Hazırda TASİM layihəsi regionun aparıcı operatorları tərəfindən müzakirə olunur. Bu il "Bakutel" sərgisi çərçivəsində layihə ilə bağlı konsorsiumun yaradılmasına dair memorandum imzalanacaqdır.
Qeyd edilmişdir ki, Kür və Araz çaylarında baş vermiş təbii fəlakət nəticəsində rabitə şəbəkələrinə və ATS binalarına dəymiş ziyan müəyyənləşdirilmişdir. Təbii fəlakət zonasında aparılan bərpa işləri 2 aya tamamlanacaqdır.
Qarşıda duran məsələlər barədə danışan Ə.Abbasov demişdir ki, ilin sonunadək Azərbaycanda telefon sistemi tamamilə rəqəmsallaşdırılacaq və yeni texnologiyaların qurulması prosesi başa çatdırılacaqdır. Həmçinin rəqəmsal televiziya və radio sisteminin regionlarda tətbiqi gücləndiriləcəkdir. E-hökumət layihəsinin ilk xidmətlərinin verilməsinə başlanılacaqdır. İnternetin istifadəsinin genişləndirilməsi və onun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcəkdir.
İclasda cari ilin birinci yarısının yekunları üzrə məruzə də dinlənilmişdir. Kür və Araz çaylarının daşması nəticəsində zərər çəkmiş ətraf rayonlarda rabitənin bərpası, həmçinin rabitə peykinin orbitə buraxılması ilə əlaqədar hazırlığın vəziyyəti barədə məlumat verilmişdir.
Tədbirdə RİTN-in bir sıra əməkdaşları ölkədə rabitə və informasiya texnologiyaları sahəsinin inkişafında xidmətlərinə görə mükafatlandırılmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında