Türkiyənin Anadolu Agentliyi AzərTAc-ın baş direktorunun milli mətbuatımızın yubileyi ilə bağlı müsahibəsini yaymışdır

Türkiyənin rəsmi Anadolu xəbər agentliyi Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanovun milli mətbuatımızın 135-ci ildönümü ilə bağlı müsahibəsini yaymışdır.
AzərTAc-ın baş direktoru müsahibəsində bildirmişdir ki, Azərbaycan mətbuatı azad medianın məhsuludur. Sovet dövründə ölkəmizdə 10 böyük qəzet və eyni sayda jurnal nəşr olunurdusa, indi cəmiyyətin bütün təbəqələrinin səsini çatdıran 30-dan çox gündəlik, 100-ə qədər həftəlik qəzet vardır.
Bundan başqa, 8 ölkə miqyaslı və 14 yerli televiziya kanalı fəaliyyət göstərir. Əhalinin 40 faizindən çoxu internet istifadəçisidir. Bütün bunlar müasir Azərbaycan cəmiyyətində fikir və söz azadlığının əsas göstəricisidir.
Müsahibədə o da vurğulanır ki, yubiley münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölkəmizdəki KİV-lərə maddi yardım göstərilmişdir. Dövlətimizin başçısı jurnalistlər üçün mənzillərin tikilməsi məqsədi ilə öz fondundan maliyyə vəsaiti də ayırmışdır. Bu, Azərbaycan dövlətinin müstəqil və güclü mətbuatın möhkəmlənməsinə verdiyi əhəmiyyətin bariz nümunəsidir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında