Gəncənin “Avropa Gənclər Paytaxtı” seçilməsi şəhər sakinlərinin böyük sevincinə səbəb olmuşdur

 

 

 

Gəncənin “Avropa Gənclər Paytaxtı” seçilməsi xəbəri şəhərdə böyük sevinclə qarşılanmışdır. Şəhər sakinləri, xüsusən gənclər öz sevinclərini bölüşmək üçün mərkəzi meydana toplaşmışdılar. Ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanda böyük izdiham yaşanmışdır. Əllərində üçrəngli Azərbaycan bayrağı tutmuş gənclər bu əlamətdar hadisə münasibəti ilə bir-birini təbrik etmiş, xoş arzularını və ürək sözlərini bildirmişlər.

Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov sevincini AzərTAc-ın müxbiri ilə bölüşərək demişdir:

-Gəncə artıq neçə illərdir ki, yerli və beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir və bu sahədə böyük təcrübə toplamışdır. Şəhərimizin Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqədə qalib gələrək “Avropa Gənclər Paytaxtı” seçilməsi isə nəinki respublikamız, eləcə də Qafqaz regionu üçün əlamətdar hadisədir. Gəncə müsabiqənin final mərhələsində İspaniyanın Badajoz, Şimali İrlandiyanın Qalvay, İspaniyanın La Lagina, Bolqarıstanın Varna və Litvanın Vilnüs şəhərləri ilə mübarizədə qalib gələrək 2016-cı ilin “Avropa Gənclər Paytaxtı” elan olunmuşdur.

Bu qələbənin heç də asan başa gəlmədiyini söyləyən idarə rəisi onu da əlavə etmişdir ki, şəhərdə mötəbər beynəlxalq tədbirlərin və toplantıların keçirilməsi Gəncənin imicinin yüksəlməsi, mövcud potensialının üzə çıxması ilə nəticələnmişdir. Görülən işlər və həyata keçirilən tədbirlər şəhərimizin “Avropa Gənclər Paytaxtı” seçilməsində mühüm rol oynamışdır.

Qeyd edək ki, 2009-cu ildən keçirilən müsabiqədə bu titulu ilk dəfə Hollandiyanın Rotterdam şəhəri, sonralar İtaliyanın Turin, Belçikanın Antverpen, Portuqaliyanın Braqa, Sloveniyanın Maribor və Yunanıstanın Saloniki şəhərləri qazanmışlar. İndi isə Gəncənin belə möhtəşəm uğura imza atmasını səhər sakinləri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsi kimi qiymətləndirirlər.

Bütün gün davam edən şənliyə şəhərin incəsənət ustaları maraqlı çıxışları ilə xüsusi rəng qatmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında