President.az saytının I-Phone istifadəçiləri üçün xüsusi əlavəsi yaradılmışdır

Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi President.az saytının I-Phone istifadəçiləri üçün xüsusi əlavəsi yaradılmışdır.
"Apple Applications Store" saytında akkuntu olan hər kəs xüsusi əlavəni yükləyə və Prezidentin çıxışları, müsahibələri, dövlətimizin başçısının iştirakı ilə keçən tədbirlər barədə informasiyalar, habelə fotomateriallarla dərhal tanış ola bilərlər. Bunun üçün İSTİNAD MƏLUMATLARI üzrə bölməyə keçmək kifayətdir.
Azərbaycan Prezidenti Administrasiyasından AzərTAc-a bildirmişlər ki, əlavənin yaradılması ictimaiyyətlə əlaqələrə, o cümlədən kommunikasiyaların ən yeni formalarına diqqətin artırılması ilə bağlıdır.
Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Prezidentinin saytı yenilənmiş, habelə "Youtube" saytında rəsmi kanal, eləcə də "Twitter" mikrobloqlar şəbəkəsində Azərbaycan Prezidentinin Azərbaycan və rus dillərində xüsusi akkuntu açılmışdır.
Postsovet məkanında Azərbaycan Prezidentinin saytı bu cür əlavələri olan yeganə İnternet resursudur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında