Əmlak Məsələləri Dövlət Komitəsi şəffaflığı və ictimai etimadı gücləndirir

 

 

 

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) cari ildə dövlət əmlakının idarəçiliyi, özəlləşdirilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı, vahid kadastrı və ünvan reyestrinin aparılması sahələrində dinamik və dayanıqlı fəaliyyəti davam etdirmişdir.

ƏMDK-nın mətbuat xidmətindən bildirmişlər ki, görülən işlərin keyfiyyətinin əsas göstəricisi kimi şəffaflıq və ictimai etimadın təmin olunmasını mühüm prinsiplərdən biri elan edən komitə ötən ildən elektron xidmətlərin tətbiqinə başlamışdır. Bu il həmin xidmətlərin tətbiq dairəsi genişləndirilmiş, keyfiyyəti artırılmışdır. Hazırda 16 elektron xidmət vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir. Bu xidmətləri özündə cəmləşdirən portal istifadəyə verilmişdir. Elektron xidmətlərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və məhdudiyyət (yüklülük) arayışının alınması, ipotekanın və lizinqin qeydiyyatı, daşınmaz əmlak obyektlərinin ünvanları barədə arayışların alınması üçün elektron müraciətlərin qəbulu, dövlət əmlakının qorunması və istifadəsi vəziyyəti barədə illik xüsusi hesabatların elektron qəbulu kimi interaktiv və informativ xidmətlər daxildir.

Bir çoxu “Elektron hökumət” portalına inteqrasiya edilmiş bu xidmətlər vasitəsilə komitəyə Bakıdan və respublikanın müxtəlif bölgələrindən 7500-ə yaxın müraciət daxil olmuşdur. Hazırda elektron xidmətlərin sayının artırılması üzərində iş aparılır, dövlət əmlakının özəlləşdirilməsi və hərracların keçirilməsi sahəsində yeni elektron xidmətlərin təşkilinə dair təkliflər hazırlanır. Komitə tərəfindən daha 11 elektron xidmətin təşkili və istifadəyə verilməsi nəzərdə tutulur. 2013-cü ilin ötən dövrü ərzində mülkiyyət hüquqlarının qeydiyyatı sisteminin də sürətli inkişafı əsas uğurlardan hesab olunur. Belə ki, qeydiyyat prosesi xeyli sadələşmişdir. İndi vətəndaşlar mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışları 7 günə, əmlak barədə digər arayışları isə 1 günə əldə edə bilirlər.

Dünya Bankının dəstəyi ilə 2007-ci ildən həyata keçirilən “Daşınmaz əmlakın qeydiyyatı layihəsi”nin icra olunduğu müddətdə bu sahədə bir sıra səmərəli nəticələr əldə edilmiş, Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və vahid korporativ kompyuter şəbəkəsi yaradılmışdır.

Almaniyanın KfW Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində mühüm addımlar atılmışdır. Layihə Gəncə şəhəri və Şəki rayonunun bütün ərazisini əhatə edən elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur. Bakı şəhərinin 5 rayonu (Səbail, Yasamal, Nəsimi, Nərimanov və Xəzər) üzrə daşınmaz əmlaklar haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və bu rayonların rəqəmsal kadastr xəritələrinin tərtibi istiqamətində işlər görülmüşdür. Həmçinin respublikanın 53 şəhər və rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazasının yaradılması ilə bağlı tədbirlər həyata keçirilir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında