Binəqədi rayonunda YAP-ın yaradılmasının 21-ci ildönümü qeyd edilmişdir

 

 

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının qərargahında

partiyanın yaradılmasının 21-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Mərasimdə rayon icra hakimiyyəti başçısı Xaləddin İsgəndərov, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin deputatları Eldar İbrahimov, Əli Hüseynov, Rafael Cəbrayılov, Hüseynbala Mirələmov, Madər Musayev və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov YAP-ın siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəldiyini qeyd etmişdir. O, bildirmişdir ki, 1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin Prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuş, partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, iqtidar partiyasına çevrilmişdir. Ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirən YAP kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədi ilə yüksək fəallıq nümayiş etdirmişdir.

Rayon icra hakimiyyəti başçısı Xaləddin İsgəndərov qeyd  etmişdir ki,  ümummilli lider Heydər Əliyev ölkəmizin müstəqilliyinin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı çətin dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələrək Azərbaycanımızı bu bəladan qurtarmış, qısa zamanda dünya dövlətlərinə tanıtmışdır. Bu günün və gələcəyin partiyası kimi xalqın böyük inamını qazanan YAP-ın siyasətinin ana xəttini ərazi bütövlüyümüzün bərpası, Vətənimizin mənafeyinin qorunması, hüquqi dövlət, azərbaycançılıq ideyasını tərənnüm edən milli birliyin yaranması kimi vacib məsələlər təşkil edir.

Başçı vurğulamışdır ki, YAP Binəqədi  rayon təşkilatı partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü qətiyyətli, uğurlu siyasəti hər zaman dəstəkləmişdir və bundan sonra da dəstəkləyəcəkdir.

Milli Məclisin deputatları Eldar İbrahimov və Mübariz Qurbanlı partiyanın XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi şəraitdə yarandığını və bu gün nüfuzlu siyasi təşkilata çevrildiyini söyləmişlər. Bildirilmişdir ki, tarixi zərurətdən yaranan və bu gün 600 mindən çox üzvü olan partiya çətin, eyni zamanda, şərəfli yol keçməklə yanaşı, ümummilli lider Heydər Əliyevin ideyalarını gerçəkliyə çevirən siyasi təşkilatdır. YAP-ın ideyalarına, Azərbaycan dövlətçiliyinə sadiq olan insanlar, ziyalılar, ictimai-siyasi xadimlər bu gün də partiyanın fəaliyyətində müstəsna xidmətlər göstərirlər.

Tədbirin sonunda Binəqədinin ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup şəxsə  fəxri fərman, habelə YAP-ın sıralarına yeni qoşulanlara üzvlük biletləri təqdim edilmişdir. YAP-ın  yaradılmasının 21-ci ildönümü münasibətilə rayonun orta məktəbləri arasında keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalib komandaları mükafatlandırılmışdır.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında