Azərbaycan Pakistan istehsalı olan döyüş təyyarələri ala bilər

 

 Azərbaycan Pakistan istehsalı olan JF-17 “Thunder” döyüş təyyarələrini almaqda maraqlıdır. Bu barədə APA-nın əməkdaşı Dubay avişousunda iştirak edən Pakistan nümayəndə heyətindən məlumat əldə edib.

Tərəflər arasında bununla bağlı indiyədək bir neçə dəfə danışıqlar keçirilmişdir. Azərbaycan mütəxəssisləri Pakistanda JF-17 “Thunder” təyyarələrinin uçuş və atışlarını izləmişlər. İstehsalçı PAC şirkəti təyyarənin satışı ilə bağlı qiymətləri Azərbaycan Müdafiə Nazirliyinə təqdim etmişdir: “Təyyarənin satışında heç bir problem yoxdur. Azərbaycan tərəfinin istədiyi aviyonik sistemləri üzərinə yerləşdirə biləcəyimizi bəyan etdik. Bu təyyarələr Rusiya istehsalı olan mühərriklə təchiz edilir və bununla bağlı hansısa problem görmürük”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında