Noyabrın 18-də 4 nömrəli Bakı Peşə Liseyində “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə Resurs Mərkəzi istifadəyə verilmişdir

 

 

 

Təhsil Nazirliyi və Belarus Hökumətinin dəstəyi ilə Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində istifadəyə verilmiş Resurs Mərkəzi gənclərin ilk peşə-ixtisas təhsili müəssisələrinə cəlb olunması səviyyəsinin yüksəldilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin artırılması məqsədlərinə xidmət edir.

Təhsil Nazirliyi Resurs Mərkəzinin yerləşdiyi binanın əsaslı təmirini və müasir avadanlıqla təchiz edilməsini yerinə yetirmişdir. Mərkəzdə tikinti sahəsi, xüsusən qaynaq texnologiyaları üzrə ixtisaslı kadrların hazırlanması üçün müasir tələblərə cavab verən şərait yaradılmışdır. Bundan əlavə, Belarus Hökuməti ilə əməkdaşlıq çərçivəsində ustaların Belarus Peşə Təhsili İnstitutunda təlim keçməsi təmin olunmuşdur.

Ümumiyyətlə, müvafiq istiqamətdə aparılan islahatlar ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasını təmin etməyə xidmət edir. Həyata keçirilən pilot layihələrin nəticələrinin digər peşə məktəblərində bir model kimi tətbiq olunması planlaşdırılmışdır.

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi, kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi və müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında